Accessibility links

Yeni araşdırmalar: Böyrək transplantasiyası [Video]


Yeni araşdırmalar: Böyrək transplantasiyası
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Böyrəyinin funksiyası itmiş minlərlə insan bu yaxınlarda böyrək tarnsplantasiyası nəticəsində xilas ola bilər. Lakin prosedurun ölümcül xəstəliyə yoluxma kimi riskli tərəfi də var. Buna görə də bəzi həkimlər və xəstələr xəstəliyin həkimin nəzarəti altında saxlanmasının uzun müddət sağlam böyrək gözləyərək ölməkdən yaxşı olduğunu deyir.

Birləşmiş Ştatlarda 100 minə qədər böyrəyi işləməyən insan normal həyata dönmək üçün həftədə bir neçə dəfə ağrılı dializ - qanın təmizlənməsi prosedurundansa uyğun donordan böyrək gözləməyə üstünlük verir. Lakin ildə təxminən 17 min sağlam böyrək tapmaq mümkündür. Bu isə o deməkdir ki, donor növbəsində olan insanların 4 faizi böyrək tapılana qədər ölür.

Həkimlər bəzi risklər olmaqla, sağlam donor böyrəklərinin sayının arta biləcəyini deyir. Penselvaniya universitetindən diktor Piter Ris: “Biz onlara yeni böyrək tarnsplantasiyası üçün seçim veririk. Eyni zamanda, biz əvvəlllər onlarda olmayan infeksiyaları müəlicə etməli oluruq.“

Pensilvaniya və Con Hopkins universitetlərinin alimləri apardıqları araşdırmalardan sonra belə bir qənaətə gəliblər ki, Hepatit C xəstəliyindən ölən insanların böyrəkləri transpaltasiya ediləndən sonra işləyir, lakin qara ciyəri zədələyir.

Belə böyrəklər transplantasiyası edilən insanlara artıq dializ edilmir, lakin Hepatit C-ni nəzarətdə saxlamaq üçün onlar dərman içməlidir.

Həkimlərlə uzun müzakirələrdən sonra bəzi xəstələr belə bir riskə getməyə qərar verib. “Onlar bu araşdırmaları aparmasaydılar mən bu gün burada olmazdım. Mən onlara çox minnətdaram” deyə, böyrək xəstəsi İrma Hendriks bildirir.

Belə bir addım Hepatit C-ni 95 faiz müalicə edəcək yeni və daha effektiv dərmanın aşkar edilməsindən sonra atılıb. Alimlərin dediyinə görə, bu kliniki testlər müvəffəqiyyətlə nəticələnsə, ölümcül böyrək xəstəliyi olan minlərlə insanın həyatı xilas ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG