Accessibility links

Bakıda Mədəniyyətlərarası Dialoq Forumu açılıb

Mayın 30-da Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu açılıb. “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi ilə keçirilən forumda 100-dən çox ölkənin və beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edir. Azərbaycan prezidenti İlham Əliyev forumu açıb. O deyib ki, indiki forum 2008-ci ildə başlamış Bakı prosesinin davamıdır. “Coğrafi körpü olan Bakı eyni zamanda mədəniyyətlər arasında körpü rolunu oynayır”, - Əliyev vurğulayıb. Azərbaycan burada yaşayan müxtəlif etiqadlı xalqların tarixi vətənidir və onların sülh şəraitində birgə yaşaması tolerantlığa nümunədir.
Digər xəbərlər

XS
SM
MD
LG