Accessibility links

Dmitri Medvedev yenidən baş nazir təyin edildi


Rusiyanın Dövlət Duması baş nazir Dmitri Medvedevi daha bir müddətə baş nazir vəzifəsinə təsdiq edib.

Onun leyhinə 374, əleyhinə isə 56 deputat səs verib.

Dövlət Dumasında Putinin dəstəklədiyi Vahid Rusiya partiyası çoxluğa malikdir. Medvedev bu partiyanın rəhbəridir.

Konstitusiyaya görə, yeni prezident fəaliyyətə başlayan kimi hökumət istefa verməlidir.

Rusiyada baş nazir ikinci rəsmi şəxsdir, iqtisadiyyata görə məsuliyyət daşıyır, prezidentə hesabat verir.

52 yaşlı Medvedev 2008-ci ildə, Putin ölkəni iki müddətə idarə edəndən sonra prezidentliyə gətirilib, 2012-ci ildə yenidən yerdəyişmə olub.

Medvedev 2003-2005-ci illərdə Putinin idarə rəisi, 2003-2005-ci illərdə baş nazirin birinci müavini olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Makron Fransanın Mübahisəli Pensiya İslahatını davam etdirir
please wait

No media source currently available

0:00 0:10:55 0:00
XS
SM
MD
LG