Accessibility links

Medvedev Rusiyanın AŞPA-dakı üzvlüyünün dayandırılmasından sonra ölüm hökmünün bərpasını təklif edib


Dmitri Medvedev
Dmitri Medvedev

Təhlükəsizlik Şurası sədrinin müavini və Rusiyanın eks-prezidenti Dmitri Medvedev Rusiyanın AŞPA-dakı üzvlüyünün dayandırılmasından sonra cinayətkarlar üçün edam cəzasının bərpa olunmasını təklif edib. O bu barədə “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Vəhşi ədalətsizlik. Qapını çırpmaq və bu mənasız sədəqələri həmişəlik unutmaq üçün yaxşı səbəb olsa da, ən təhlükəli cinayətkarlar üçün ölüm hökmü kimi bir sıra mühüm tədbirlərin bərpası üçün yaxşı fürsətdir”, - deyə o, Avropanın Şurasının dünən qəbul etdiyi qərarını şərh edərkən bildirib.

Medvedevin bəyanatına cavab olaraq senator Andrey Klişas bildirib ki, Rusiyada ölüm hökmünə qoyulan moratorium qüvvədə qalacaq.

"Rusiyada ölüm hökmünə moratorium Konstitusiya Məhkəməsi tərəfindən tətbiq edilib, heç bir orqanın Konstitusiya Məhkəməsinin qərarını ləğv etmək hüququ yoxdur", RİA Novosti Klişasdan sitat gətirib.

Medvedev həmçinin Qərb ölkələrinin ona qarşı sanksiyalar tətbiq etməsinə də münasibət bildirib. O deyib ki, “bu gözəl qadağalar, əlbəttə, heç nəyi dəyişməyəcək”, sanksiyalar “siyasi imkansızlıq səbəbilə” tətbiq edilir.

Medvedev yazıb ki, əgər Qərb ölkələri rusların xaricdəki pullarını ələ keçirsə, Rusiya bənzər cavab verəcək və Rusiya Federasiyasındakı əcnəbilərin və xarici şirkətlərin vəsaitlərinə də “ölkə prinsipinə əsasən” əl qoyulacaq. O, həmçinin “qeyri-dost yurisdiksiyalarda”, məsələn, ABŞ və ya Aİ ölkələrində qeydiyyatda olan şəxslərin əmlaklarının milliləşdirilməsini də istisna etməyib.

"Onlar həm də Rusiya vətəndaşlarının və Rusiya şirkətlərinin xaricdəki pullarının ələ keçirilməsi ilə qorxudurlar. Hər kəsin, heç bir sanksiya olmadan. Bütövlükdə. Sanki acıqca. Buna isə kifayət qədər simmetrik cavab verilməlidir. Rusiyadakı əcnəbilərin və xarici şirkətlərin vəsaitlərinə ölkə prinsipinə uyğun olaraq əl qoyulmalıdır. Bəlkə də hətta ABŞ, Aİ dövlətləri kimi qeyri-dost yurisdiksiyalarda və bu məsələdə onlarla əlbir olan və anqlosaks dünyasının dediyi ilə oturub duran bir sıra ölkələrdə qeydiyyatdan keçmiş şəxslərin əmlakının milliləşdirilməsi, ”deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini qeyd edib.

Avropa Şurasının Nazirlər Komitəsi fevralın 25-də Rusiyanın təşkilata üzvlüyünü dayandırıb

Bu qərara əsasən, Rusiya Aropa Şurasının və Aropa Şurasının müvafiq konvensiyalarının, o cümlədən Avropa insan hüquqlarının konvensiyasının üzvü olaraq qalır. "Dayandırılma - yekun deyil, müvəqqəti qərardır və rabitə kanallarını açıq buraxır," press-relizdə bildirilir.

Politoloq Yekaterina Şulman bunu belə izah edib: Komitə belə bir qərarı üç əsasdan biri ilə qəbul edə bilər - Qanunun aliliyi prinsipləri fundamental insan haqları və ya Avropa Şurasının üzvləri də daxil olmaqla, təşkilatın məqsəd və vəzifələrinin ciddi pozulması.

Onun sözlərinə görə, belə bir halda fəaliyyəti dayandırılmış dövlət Şuranın üzvü olaraq qala bilsə də, Nazirlər Komitəsinin, Parlament Assambleyasının və digər qurumların işində iştirak etmir.

Bu vəziyyət AİHM-ə təsir göstərmir. Rusiya Federasiyasından Avropa İnsan Haqları Məhkəməsinə seçilən hakim məhkəmənin üzvü olaraq qalır və məhkəmə Rusiyaya qarşı edilən şikayətlərə baxmağa davam edəcək.

Rusiya 1997-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ölüm hökmünə moratorium tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG