Accessibility links

Medvedev xəbərdarlıq edib ki, Aİ qaz qiymətinə məhdudiyyət tətbiq etsə, Moskva tədarükü dayandıra bilər


Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Avropa İttifaqına xəbərdarlıq edib ki, blok Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin təkid etdiyi kimi Rusiya tədarüklərinə qiymət məhdudiyyəti tətbiq etsə, Moskva Avropa İttifaqına təbii qaz axınını dayandıra bilər.

Sentyabrın 2-də Von der Leyen fevralın sonunda Kremlin Ukraynaya müdaxiləsi nəticəsində yaranan sanksiyalara cavab olaraq, Moskvanın Aİ-nin enerji bazarını manipulyasiya etməsinin qarşısını almaq üçün Rusiya qazına qiymət məhdudiyyətinin qoyulmasına çağırış edib.

Buna cavab olaraq, işğala görə Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrə qarşı sərt mövqe tutan Medvedev deyib ki, bu cür məhdudiyyətə qarşı cavab tədbiri görüləcək və “Avropada sadəcə olaraq Rusiya qazı olmayacaq”.

Bəyanatlar Rusiyanınplanlaşdırılmış üç günlük texniki xidmət proqramı səbəbilə "Şimal axını 1" boru kəməri ilə Baltik dənizi vasitəsilə Almaniyaya qaz nəqlini dayandırmasından iki gün sonraya təsadüf edir.

Qaz nəqlinin dayandırılması Rusiyanın Qərb dövlətlərinə təzyiq göstərmək və onların Ukraynaya qarşı müharibəyə görə Rusiyaya sanksiya tətbiq etməkdə göstərdikləri birliyi pozmaq üçün boru kəmərini daha uzun müddət qapalı saxlayacağına dair narahatlıqları artırıb. Moskva enerji ehtiyatlarından silah kimi istifadə etdiyini dəfələrlə təkzib edib.

Keçən ay boru kəməri 10 günlük texniki xidmət üçün bağlanmışdı, lakin yeni qapanma iki həftədən az əvvəl elan edilib və bunu Şimal axını 1 operatoru deyil, Rusiyanın enerji nəhəngi Qazprom həyata keçirir.

Moskva texniki xidmət problemləri və avadanlığın geri qaytarılması və quraşdırılmasının qarşısını aldığını iddia edərək, iyun ayında boru kəməri ilə nəqli 40 faizə, iyulda isə 20 faizə endirib.

Təchizatın kəsilməsi və azaldılması qaz qiymətlərinin yüksəlməsinə səbəb olub və Avropa hökumətlərini qış ərəfəsində alternativ tədarük axtarmağa məcbur edib.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG