Accessibility links

Megaupload-ın təsisçisi zaminə buraxılmadı


Megaupload-ın təsisçisi zaminə buraxılmadı
Megaupload-ın təsisçisi zaminə buraxılmadı

Yeni Zelandiyada paylaşım veb səhifəsi Megaupload-ın təsisçisinin zaminə buraxılması tələbi məhkəmə tərəfindən rədd edilib. Birləşmiş Ştatlar Kim Dotkomun ABŞ-a ekstradisiyasına çalışır.

Megaupload.com və bir neçə başqa vebsayt vasitəsilə milyonlarla kino, musiqi və başqa faylların qeyri-qanuni yüklənməsində ittiham edilən Almaniya vətəndaşı Dotkomun zaminə buraxılması tələbini bu gün Auckland məhkəməsi tərəfindən rədd edilib.

ABŞ prokurorları iddia edir ki, Kimin fəaliyyətləri ABŞ-ın müəlliflik hüququ sahiblərinə 500 milyon dollara başa gəlib.

Yeni Zelandiya polisi Amerika Birləşmiş Ştatlarının tələbi ilə Kimi və onun 3 şübhəli işçisini həbs edib.

Dotkom fəaliyyətlərində hər hansı qeyri-qanuni addımın olduğunu rədd edir.

XS
SM
MD
LG