Accessibility links

Ömürlük həbs cəzasına məhkum edilənlər aclıq edir


Qobustan həbsxanası
Qobustan həbsxanası

Məhbuslar cəzalarının 15 ilə endirilməsini tələb edir

Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən məhbusların aprelin 18-də başladığı kütləvi aclıq aksiyası davam edir.

Məhbuslar işlərinə yenidən baxılmasını və ömürlük həbs cəzasının ləğvini tələb edirlər. Onlar vaxtilə ölüm cəzasına məhkum ediliblər. Lakin 1998-ci ilin fevralında bu cəzanın ləğvi ilə əlaqədar parlament onlar barəsində bu qətimkan tədbirini ömürlük həbslə əvəz edib.

Aksiya iştirakçıları hesab edirlər ki, parlament onlara yeni cəza müəyyən etməklə məhkəmə hakimiyətinin səlahiyyətlərini mənimsəyib.

Onların fikrincə, ölüm cəzası məhkəmələr tərəfindən maksimum alternativ cəza - 15 il azadlıqdan məhrumetmə ilə əvəz edilməlidir.

Ömrülük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Müslümat Rzaxanovanın bildirib ki, aclıq aksiyasında 16 məhbus iştirak edir.

Onun sözlərinə görə, aclıq edən məhkum Bəxtiyar Cəfərov ağzını tikib. Digər məhbusların da səhhətlərində ciddi problem yaranıb.

Hələlik dövlət qurumları aclıq aksiyası ilə bağlı heç bir reaksiya verməyib.
Ombudsman aparatının nümayəndələri aksiya iştirakçılarına baş çəkib. Lakin heç bir nəticə yoxdur, deyə Rzaxanova bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov aclıq aksiyası faktını təsdiq edib. Lakin aclıq edənlərin sayı cəmi 9 nəfərdir və heç kim ağzını tikməyib, deyə o bildirib.

Onun sözlərinə görə, aksiya iştirakçıları həkimlərin müşahidəsi altındadır.

10 fevral 1998-ci ildə ölüm cəzası ləğv edilərkən Azərbaycanda bu cəzaya məhkum edilmiş 128 məhbus var idi. Hazırda onlardan 77 nəfər sağdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG