Accessibility links

Mehdi Nəimi: İran əhalisi homogen deyil, bir nöqtədə baş qaldıracaq


Mehdi Nəimi
Mehdi Nəimi

Mehdi Nəimi hesab edir ki, bəzi ölkələrdə əhali yoxsulluq və ağır iqtisadi şəraitə adət edərək mövcud vəziyyəti öz qisməti və taleyi olaraq görə bilir. Amma əhalisinin homogen olmadığı İranda bu, mümkün görünmür.

Mehdi Nəimi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:18 0:00

Amerikanın Səsinə danışan iqtisadçı İranın hazırkı iqtisadi-siyasi vəziyyətini şərh edib, iqtisadi inkişafla siyasi sabitlik arasındakı əlaqəni dəyərləndirib.

Ümumiyyətlə iqtisadi sıxıntı olduğunda mövcud hakimiyyət bir sonrakı seçkilərdə artıq istədiyi o nəticəni qazanmaya bilər.

Mehdi Nəiminin sözlərinə görə, “iqtisadi vəziyyətin ağırlaşmasının təsiri və ona olan təpkilər toplumda qabarıq şəkildə görünər. Baxmayaraq ki bu hər yerdə eyni təpkilərə səbəb olmaz.”

“Bir toplumun subyektiv maraqları zərbə görəndə, insanların bir çoxu onu hiss etmədiyi üçün onun ardınca qaçmaya bilərlər. Ana dili məsələsi kimi. Amma iqtisadiyyatı toplumun obyektiv maraqları olaraq dəyərləndirdiyimizdə, bütün toplumu məşğul edir... İnsan yaradılışından bəri qarnını doyurmaqla uğraşmışdır,” o qeyd edir.

Partiyalı rejimlərdə iqtisadi vəziyyətin seçkilər üzərindəki təsirini önə çəkən iqtisadçı deyir ki, “ümumiyyətlə iqtisadi sıxıntı olduğunda mövcud hakimiyyət bir sonrakı seçkilərdə artıq istədiyi o nəticəni qazanmaya bilər.”

O, siyasi partiyaların olmadığı İran İslam Respublikası kimi sistemlərdə təpkilərin fərqli şəkildə ortaya çıxdığını ifadə edir:

İranda bir məsələ var ki, hakimiyyətə qarşı baş qaldırma hissini canlı saxlaya bilir. İranın əhalisi homogen deyil. Etnik müxtəliflik var.

“İranın 80 milyon əhalisi varsa, elə bu sayı qədər də insanlar tək tək yaşayır. 82 milyonun hamısı etiraz bildirməsə də, bunun 60 faizi, 70 faizi etiraz bildirər. Amma bunlar bir-birləri ilə tapışa bilmirlər. Çünki təşkilat yoxdur. İrandakı hakimiyyət bunu bacarıbdır və bu insanların bir araya gəlməsini önləyir. Amma etirazların az olması millətin vəziyyətdən razı olması anlamına gəlməz.”

Onun dediklərinə görə, “xalq necə etiraz edəcəyini bilmir və hərkəs özünü yalnız görür... Amma nə qədər qorxu olsa da, toplumun dözüm həddi bir nöqtədə aşacaq və etirazlar başlayacaqdır.”

İranın etnik müxtəlifliyinə diqqət çəkən ekspert əhalisinin homogen olmadığı İranda toplumun ağır iqtisadi vəziyyətə adət etməsinin mümkün görünmədiyini qeyd edir.

“İranda bir məsələ var ki, hakimiyyətə qarşı baş qaldırma hissini canlı saxlaya bilir. İranın əhalisi homogen deyil. Etnik müxtəliflik var. Bu etnik qrupların bildiyimiz klassik təşkilatlanmaları olmasa da, özlərinə görə bir ortaq ruhları var. Bu etirazların başlamasına səbəb ola bilər. Məsələn türklər hansısa bir səbəbə görə etiraza başlar və etirazlar oradan digər bölgələrə yayıla bilər. Digər etnik icmaların da belə hazırlıq və qabiliyyətləri vardır,” Nəimi söyləyir.

“Bu məsələ olmasaydı, bu qorxu ola bilərdi ki vəziyyətə adət edib və bunu özlərinə qismət və nəsib olaraq bilsinlər. Məsələn sanıram Hindistanda yoxsulluq baş alıb gedir amma baxırsan orada rahatlıqla etirazlar da olmaz. Çünki bunu öz taleləri kimi görürlər.”

XS
SM
MD
LG