Accessibility links

Taha Kirmani: İranda iqtisadi böhran mühacirətin kəskin artmasına səbəb olub


Bu yaxınlarda Türkiyənin sərhəd şəhəri Ədirnədə əksəriyyəti İran vətəndaşı olan yüzlərlə qaçqın qanunsuz yollarla Yunanıstana keçərkən nəzarət altına alınıb.

Taha Kirmani Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:11:10 0:00

Amerikanın Səsinə danışan jurnalist Taha Kirmaninin sözlərinə görə, iraqlı, suriyalı və iranlı mühacirlər bir neçə ildir “ümid karvanı” adı ilə tanınan böyük qruplar şəklində Avropa Birliyi ölkələrinə çatmaq üçün sərhədi keçməyə cəhd edirlər.

Xüsusilə yeni nəsil arasında iqtisadi durumun çətinləşməsi ilə bərabər Qərb ölkələrinə doğru iş və daha yaxşı yaşayış şəraiti axtarmaq üçün mühacirət etməyə ciddi həvəs vardır.

Jurnalist hesab edir ki, son bir neçə ildə iqtisadi vəziyyətin ağırlaşması ilə bərabər iranlıların mühacirət etməyə həvəsləri qat-qat artmışdır.

“İran rəsmilərinin açıqlamarına baxdığımızda, son illərdə xüsusilə yeni nəsil arasında iqtisadi durumun çətinləşməsi ilə bərabər Qərb ölkələrinə doğru iş və daha yaxşı yaşayış şəraiti axtarmaq üçün mühacirət etməyə ciddi həvəs vardır,” Taha Kirmani söyləyir.

O, mühacirətin artmasına dair İran rəsmilərinin açıqlamalarına diqqət çəkir:

“2017-ci ildə İranın yol və şəhərsalma nazirliyi tərəfindən açıqlanan rəqəmlərə görə, sadəcə Kanada və Avstraliya ölkələrinə mühacirət üçün müraciət edənlərin sayı təqribən bir milyon yarımdır.”

İranlı qaçqınlar Yunanıstanın paytaxtı Afinada piket keçirirlər - Oktyabr 2018
İranlı qaçqınlar Yunanıstanın paytaxtı Afinada piket keçirirlər - Oktyabr 2018

Jurnalistin sözlərinə görə, “keçid ölkə mövqeyində olan Türkiyədə qeydiyyatdan keçmiş sığınacaq axtaran iranlıların sayı təqribən 35,000-dir. Amma, bunun xaricində çox sayda iranlı mühacir də var ki, fərqli iqamət vizaları ilə Türkiyədə yaşayırlar. Əlavə olaraq bir də qanunsuz və nizamsız şəkildə yaşayanlar var.”

Təkcə Kanada və Avstraliyaya mühacirət üçün müraciət edən iranlıların sayı təqribən bir milyon yarımdır.

Kirmanı əlavə edir, “Türkiyədəki İranlı qaçqınların sayına baxanda çox ciddi rəqəmlər görürük. Amma suriyalı və əfqan qaçqınların sayı çox yüksək olduğunu üçün iranlılar türk mediasının gündəminə çox çıxmır.”

Ruhaninin ikinci dönəm prezidentliyə seçilməsindən sonra mühacirət məsələsində ən əsas motivasiya iqtisadi səbəblər olub.

Türkiyədən əlavə on minlərlə iranlı qaçqın Serbiya və Yunanıstan kimi ölkələrdə qanunsuz olaraq və ya qeyri-müəyyən vəziyyətdə qaçqın düşərgələrində yaşayırlar.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG