Accessibility links

İran Parlamentinə qədər mübahisələrə yol açan Təbrizin Liqvan pendiri


Mehdi Nəimi
Mehdi Nəimi

Bu yaxınlarda İranın dövlət televiziyasında yayımlanan bir proqramda aparıcının Tehranın “Mihan” holdinqinin istehsal etdiyi pendiri reklam etmək məqsədilə Təbrizin məşhur və qədim Liqvan pendirini pisləməsi geniş reaksiyalara səbəb olub.

İran Parlamentinə qədər mübahisələrə yol açan Təbrizin Liqvan pendiri
please wait

No media source currently available

0:00 0:15:37 0:00

Amerikanın Səsinə danışan iqtisadçı Mehdi Nəiminin dediklərinə görə, “Liqvan pendiri Azərbaycanda sırf bir iqtisadi məhsul kimi deyil, milli varlığın bir parçası kimi mənimsənir.”

Liqvan pendiri dediyimizdə bəlkə Azərbaycanda bir çoxunun onu satın almağa gücü çatmır. Xüsusilə ki, son zamanlarda çox bahalaşıb. Amma, Azərbaycanın bir markası olduğuna görə millət ona sahib çıxır.

Liqvan pendiri adətən Təbrizin cənubunda Səhənd dağlarının ətəyində yerləşən eyni adı daşıyan kənddə istehsal olunur. Sosial mediada başladılan Liqvan pendirinə dəstək kampaniyası sürətlə İran Parlamentinə qədər gedib çıxıb və xəbər agentliklərinin gündəmində yer alıb.

“Liqvan pendirinin dadı Azərbaycanın sağlam əhalisinin əsrlərlə sürdüyü təbii həyat təcrübəsinin məhsuludur. Bu pendir bir televiziya aparıcısının sözü ilə yox olmaz. Amma, digər şirkətlərin məhsulunu süfrədən uzaqlaşdıra bilər. Bölgəmizin yerli iqtisadiyyatı ilə oynamayın!” deyə Təbriz millət vəkili Ruhullah Mütəfəkkir Azad öz twitter hesabında payıaşaraq bu kampaniyaya qatılıb.

Mehdi Nəimi deyir ki, daha əvvəl də oxşar hadisələr baş verib, amma, sosial medianın indiki qədər güclü olmadığı üçün, bu qədər geniş və təsirli olmayıb.

“Liqvan pendirinin xüsusiyyəti budur ki, Azərbaycanda mənimsənir və sanki Azərbaycan mahiyyəti daşıyır. Amma Mihan holdinq, sahibi Azərbaycandan olsa da, Tehranda olduğuna görə, sadəcə Azərbaycan mənşəli birinin fabrikası kimi görünür və üzərində milli varlıq hissi yoxdur,” iqtisadçı söyləyir.

Təbrizdə bir ərzaq mağazası: “Mihan məhsullarını satmırıq. Azərbaycanın Liqvan pendiri mövcuddur.”
Təbrizdə bir ərzaq mağazası: “Mihan məhsullarını satmırıq. Azərbaycanın Liqvan pendiri mövcuddur.”

O, ortaya çıxan bu təpkilərin sırf bir iqtisadi məhsula dəstəkdən ibarət olmadığını vurğulayır:

Liqvan pendiri məsələsi bir başlanğıc ola bilər. İnsanlar görər ki, birləşə bilirlər. Qarşı tərəfi susdura bilirlər. Buradan yola çıxaraq gələcəkdə bunun bazasını daha da geniş tuta bilərlər


“Mən düşünürəm ki, burada, o qədər də bir iqtisadi məhsuldan söz getmir. Eyni halda ki, onun da rolu vardır, amma, bu televiziya proqramında sanki bir millətin varlığına toxunulub. Yəni, Liqvan pendiri dediyimizdə bəlkə Azərbaycanda bir çoxunun onu satın almağa gücü çatmır. Xüsusilə ki, son zamanlarda çox bahalaşıb. Amma, Azərbaycanın bir markası olduğuna görə millət ona sahib çıxır.”

“Rəqəmlərə baxanda Liqvan pendirinin İrandakı duruma görə önəmli bir iqtisadi dəyəri vardır. Amma, məncə millət təpkilərində ilk başda bunu hesablamır. İlk başda öz varlığı və kimliyi üçün təpki göstərir,” Mehdi Nəimi əlavə edir.

İqtisadi eskpert hesab edir ki, Liqvan pendiri ilə əlaqədar təşkil olunan kampaniya İran Azərbaycanında mövcud iqtisadi probemlərin bundan sonra daha geniş gündəmə gəlməsi yönündə bir başlanğıc ola bilər.

“Liqvan pendiri məsələsi bir başlanğıc ola bilər. İnsanlar görər ki, birləşə bilirlər. Qarşı tərəfi susdura bilirlər. Bu baxımdan gələcəkdə belə bir olay olsa, Liqvan pendiri qədər marka dəyəri olan bir şey olmasa da, təpki qoya bilərlər. Buradan yola çıxaraq gələcəkdə bunun bazasını daha da geniş tuta bilərlər,” o deyir.

XS
SM
MD
LG