Accessibility links

İranın keçmiş prezidenti Haşimi Rəfsancaninin oğlu və qızı həbs edilib


Mehdi Haşimi
Mehdi Haşimi

Onların hansı ittihamlarla həbs edildiyi bəlli deyil

İranın keçmiş prezidenti, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi sentyabrın 24-də Tehran prokurorluğunda dindirildikdən sonra həbs edilib.

“Media forum” saytının məlumatına görə, o, Tehranın Evin zindanına aparılıb. Mehdi Haşimiyə hansı ittihamların irəli sürüldüyü haqda məlumat yayılmayıb.

3 il mühacirətdə yaşayan Mehdi Haşimi sentyabrın 24-nə keçən gecə ölkəyə qayıdıb və Tehranın hava limanındaca prokurorluğa rəsmi dəvət alıb.

Sentyabrın 22-də isə Rəfsəncaninin qızı Faizə Haşimi həbs edilib.
XS
SM
MD
LG