Ötən həftə 74 yaşında dünyasını dəyişən boks əfsanəsi Məhəmməd Əlinin Kentuki ştatının Luisvil şəhərində keçirilən vida mərasimində 15 mindən çox insan iştirak edib. Mərasimdə nitq söyləyənlər arasında onun xanımı Lonni Əli və sabiq prezident Bill Klinton da olub.
Vida mərasimi Əlinin cənazəsinin Luisvil küçələri boyu gəzdirilməsi ilə başlayıb. Onun böyüyüb boya-başa çatdığı küçələrin səkilərinə düzülən insanlar sonuncu dəfə Məhəmməd Əli ilə vidalaşıblar.
Daha sonra təşkil olunan qapalı mərasimdə Lonni Əli həyat yoldaşının İslama olan sevgisindən və qeyri-zorakılığın tədirisi ilə məşğul olmasından danışıb. O deyib ki, hətta Əli onun vida mərasimindən də ideyalarının təbliği kimi istifadə olunmasını istəyib.
"İstəyirdi ki, əziyyət çəkən insanlara Əlinin oxşar ədalətsizliklərlə üzləşdiyini, ancaq heç zaman nə mübarizədən əl çəkdiyini, nə də zorakılığa əl atmadığını xatırladaq" - deyə Məhəmməd Əlinin həyat yoldaşı bildirib.
Əlinin əslinə nəzər salan sabiq prezident Bill Klinton isə onun bəşəriyyət üçün necə universal əsgərə çevrilməsindən danışıb.
Əsfanəvi boksçunun Parkinson xəstəliyi ilə 32 illik mübarizəsindən də bəhs edən sabiq prezident Əlinin qoyub getdiyi irsi yüksək qiymətləndirib.