Məhəmməd Əmin Rəsulzadə nəslinin davamçılarından tibb elmləri doktoru Gülnarə Rəsulzadə yanvarın 23-də Tbilisidə dünyadan köçüb.
AzərTac-ın xəbərinə görə, dəfn mərasiminə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbərliyi qatılıb.
Səfirlik adından mərhumun məzarı önünə əklil qoyulub.
Gülnarə Rəsulzadə atası Mirzə David Rəsulzadənin yolunu uğurla davam etdirib.
Cümhuriyyət dövründə məsul vəzifə tutan M.D.Rəsulzadə Tbilisidə “Gürcüstan” qəzetinin təsisçi və redaktoru olub. O, 1937-ci ildə repressiyaya məruz qalıb.
Gülnarə Rəsulzadə Tbilisidə yaşasa da, daim Azərbaycan naminə çalışıb. O, Gürcüstanda Azərbaycan mədəniyyəti, elm və tarixinin təbliği istiqamətində xeyli işlər görüb.