Accessibility links

Mədinə şəhərindəki Peyğəmbər Məscidinin qarşısında partlayış [Yenilənir]


Səudiyyə Ərəbistanına məxsus televiziya kanalının verdiyi məlumata görə, İslamın ən müqəddəs yerlərindən biri olan Mədinə şəhərindəki Məhəmməd Peyğəmbər Məscidinin qarşısındakı yoxlama məntəqəsində partlayış olub.

Əl-Ərəbiyyə kanalının yaydığı videoda məscidinin qarşısında yanğın və yerdə bir cəsəd görünür. Hələlik ölənlər və yaralananlar barədə məlumat verilməyib.

İslamda ikinci ən müqəddəs yer olan bu məsciddə 632-ci ildə vəfat edən Məhəmməd peyğəmbər dəfn edilib.

Bu gün səhər saatlarında isə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi intiharçının Ceddah şəhərindəki ABŞ konsulluğu qarşısında özünü partlatdığını bildirmişdi.

Səfirlik hücum nəticəsində əməkdaşlarından heç kəsin xəsarət almadığını bildirmişdi.

Bugünkü hücumlar müqəddəs Ramazan bayramından bir neçə gün əvvəl törədilib. Səudiyyə Ərəbistanı Ramazan bayramının ilk gününün iki gün sonra çərşənbə günü keçiriləcəyini bəyan edib.

XS
SM
MD
LG