Accessibility links

"Hansı hökümətin iqtidarda olmasından asılı olmayaraq neft ölkə vətəndaşlarına məxsusdur" [Audio-Müsahibə]


Məhəmməd Talıblı

Amerikanın Səsinə müsahibə verən iqtisadçı ekspert Məhəmməd Talıblı Nazirlər Kabitenin 2017-ci ilin yekunlarına dair iclasında açıqlanan illik nəticələr və 2018-ci ildə Azərbaycan iqtisadiyyatını gözləyən mümkün dəyişikliklər haqqında danışıb.

"Hansı hökümətin iqtidarda olmasından asılı olmayaraq neft ölkə vətəndaşlarına məxsusdur"
please wait

No media source currently available

0:00 0:14:38 0:00

Yanvar ayının 10-unda prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında qeyd olunan ölkədə qeyri-sektorunun 2,5 faiz artması fikrinə münasibət bildirən Məhəmməd Talıblının sözlərinə görə, metodoloji spekulyasiya nəticəsində ölkədə neft sektorundan gələn gəlir qeyri-neft sektorunun inkişafı kimi təqdim olunur

Keçən il iqtisadiyyatın bir çox istiqamətlərində tənəzzül elemetləri daha da güclənib

“Əgər indiyə qədər xüsusilə də neft-qaz sektoru ilə bağlı bəzi köməkçi sektorlar bir komponent olaraq ümumi daxili məhsulda oturulurdu. Amma son illərdə demək olar ki, həmin sektorların hamısı qeyri-neft sektorunun komponentləri olaraq adlandırılmağa başlanıldı. Beləliklə, həmin xidmətlərdə və sektorlarda fəaliyyət göstərən, bazar dəyəri ilə müəyyənləşmiş qiymətlər məhz qeyri-neft sektorunun artımı kimi qiymətləndirilir. Əslində həmin fəaliyyətlər əvvəlcədən var idi.”

İqtisadçı ekspert qeyd edib ki, həmçinin iclasda səsləndirlən 2017-ci il üçün qeyri-neft sektorunun ixracat potensialının 24 faiz artması fikri də mübahisələrə açıq statistikadır.

Azərbaycan Gürcüstandan 2 dəfə az qeyri-neft ixracatı həyata keçirib

“Bu rəqəmi yalnız ötən il ilə deyil, 3 il yəni devalvasiya olmamışdan əvvəlki dollar ekvivalenti ilə müqayisə etsək görərik ki, 2014-cü ildə ümumi qeyri-neft ixracatının dəyəri 1,6 milyard dollar olduğu təqdirdə 2017-ci ildə bu rəqəm 1,3 milyard dollara düşüb. Bu o deməkdir ki, hökümət 3 ildir islahatlar başlasa belə ölkə hələ də qeyri-neft sektoru məhsullarının ixracatında 3 il əvvəlki vəziyyətə gəlib çata bilməyib.

Yoxsulluq səviyyəsinin 5,4 faizə endirilməsi ilə bağlı iclasda səsləndirilən fikirlərə münasibət bildirən Məhəmməd Talıblının sözlərinə görə, əgər Azərbaycanda əhalinin böyük bir hissəsi minimum istehlak səbəti səviyyəsindən aşağı gəlir əldə edirsə yoxsulluq səviyyəsinin bu dərəcədə aşağı olması real deyil.

Azərbaycanda əhalinin böyük hissəsi minimum istehlak səbəti səviyyəsində gəlir əldə edə bilmir

“Avropa Birliyində 20-30 il davam edən iqtisadi islahatlardan sonra həmin ölkələrdə yoxsulluğun səviyyəsi ortalama olaraq 4-13 faiz arasında dəyişir. Ona görə də, Azərbaycanda son 7-8 ildə birdən-birə 49 faiz yoxsulluq səviyyəsindən 5.4 faizə qədər yoxsulluğun aşağı düşməsi inandırıcı görünmür.”

Keçən il büdcə gəlirlərinin 55 faizinin neft sektorundan gələn gəlirlər hesabına formalaşdığını bildirən Məhəmməd bəy əlavə edir ki, hökümət bu dəfə də öz prinsipinə sadiq qalaraq sosial inkişafa yönəlik xərclərdə heç bir artım etməyib.

Vətəndaşlarımızın büdcədən sosial gözləntiləri olması rasional deyil

“Hökümətin özünün 10 il əvvəlki ənənəvi iqtisadi kursuna geri qayıdaraq büdcə xərclərində prioritet istiqamət olaraq təmir-tikinti və infrastruktur sahəyə ayrılan xərclərin artırılmasına üstünlük verib. Yenə də dövlət büdcə xərcinin hər 100 manatından 38 manatıından çoxu məhz tikinti işlərinə xərclənəcək. Aydındır ki, 2018-ci ildə də büdcədən sosial yönümlü xərclərə heç bir artım nəzərdə tutulmayıb.”

Keçən il “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılmasının 2018-ci ildə Azərbaycan iqtisadiyyatına hansı təsirləri olacağı ilə bağlı sualı cavablandıran Məhəmməd Talıblının bildirdiyinə görə, müqavilənin vaxtından əvvəl bitməsinə 7 il qalmış uzadılması və yeni müqavilənin imzalanmasında şübhəli məqamlar var.

Hansı hökümətin iqtidarda olmasından asılı olmayaraq neft ölkə vətəndaşlarına məxsusdur

“Sazişin vaxtından əvvəl imzalanması Azərbaycanın valyuta sıxıntısı ilə bağlı idi. Çünki, ölkəyə üçün birbaşa və dolayı portfel investisiyaların cəlb olunması üçün hökümət uzunmüddətli siyasət həyata keçirməli idi. Saziş imzalandıqdan sonra 2018-ci ildə Azərbaycana 3.6 milyard dollar bonusun ödənilməsi də bunu bir parçasıdır. Əldə olunacaq bonus hökümətin nəfəs alması və iqtisadi islahatları həyata keçirməsi üçün ciddi resursdur.”

XS
SM
MD
LG