Accessibility links

Tehranda saxlanılan insan haqları vəkilinin evində axtarış aparılıb


Məhəmmədrza Fəqihi
Məhəmmədrza Fəqihi

Avqustun 14-də Tehranda nəzarət altına alınan insan haqları vəkili Məhəmmədrza Fəqihinin evində axtarış aparılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi məlumat verir ki, İranın təhlükəsizlik qüvvələri çərşənbə günü tanınmış vəkilin evini axtarıblar.

İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk fəallar daxil olmaqla, bir çox siyasi məhbusu İranın müxtəlif məhkəmələrdə müdafiə edib.

Məhəmmədrza Fəqihi və bir neçə digər insan haqları vəkili avqustun 14-də Tehranda saxlanılıblar.

Türk dil haqları fəalları Həmid Mənafi, Əlirza Fərşi, Əkbər Azad və Behnam Şeyxi insan haqları vəkili Məhəmmədrza Fəqihi (ortada) ilə birlikdə
Türk dil haqları fəalları Həmid Mənafi, Əlirza Fərşi, Əkbər Azad və Behnam Şeyxi insan haqları vəkili Məhəmmədrza Fəqihi (ortada) ilə birlikdə

İnsan haqları fəalı daha əvvəl də fəaliyyətləri səbəbilə basqılara məruz qalıb. O, 2019-cu ilin oktyabr ayında tanınmış türk fəal Abbas Lisaninin dosyesi ilə əlaqədar Ərdəbil prokurorluğuna müraciət etdiyi zaman tutulub və 3 gün nəzarətdə saxlanılmışdı.

Fəqihi keçən illərdə İran Azərbaycanı və Tehran məhkəmələrində mühakimə olunan bir çox türk fəal, o cümlədən Əkbər Azad, Abbas Lisani, Siyamək Mirzayi, Əlirza Fərşi, Behnam Şeyxi Samanlı, Yürüş Mehrəlibəyli, Lətif Həsəni və Mahmud Fəzlini müdafiə edib.

XS
SM
MD
LG