Accessibility links

Məhkəmə Fikrət Hüseynlinin işini yenidən prokurorluğa qaytarıb


Fikrət Hüseynli və Ukrayna Ali Radasının deputati Nikola Knyazhytski (Foto Səid Nurinindir)
Fikrət Hüseynli və Ukrayna Ali Radasının deputati Nikola Knyazhytski (Foto Səid Nurinindir)

Yanvarın 31-də Kiyev şəhərinin Apellyasiya Məhkəməsi jurnalist Fikrət Hüseynlinin işi üzrə təhqiqata baxışı davam etdirib. Bu barədə Amerikanın Səsinə jurnalistin özü bildirib.

Onun sözlərinə görə, yanvarın 17-də məhkəmə iddiasından əl çəkməsi üçün işi prokurorluğa qaytarmışdı.

“Prokurorluq bu gün məhkəmədə iddiasından əl çəkmədiyini bildirdi. Məhkəmə işin perspektivi olmadığını bildirdi və yenidən prokurorluğa qaytardı, iddiadan vaz keçməsini tövsiyə etdi. Prokurorluq iddiasından əl çəkməzsə fevralın 8-də yenidən məhkəmə baxışı olacaq”, o qeyd edib.

Fikrət Hüseynli Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb. O, 2017-ci il oktyabrın 14-də Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə Kiyevdən Düsseldorfa uçarkən saxlanılıb.

Oktyabrın 18-də Ukraynanın Borispol şəhər məhkəməsi onu Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.

Oktyabrın 27-də Kiyevin Lukyanovski məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatəti təmin etməyib.

Kiyev prokurorluğu Hüseynlinin azad edilməsindən apellyasiya verib və onun həbs edilməsini tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.

XS
SM
MD
LG