Accessibility links

ABŞ-ın Ali Məhkəməsi Trampın səyahət sərəncamını qismən qüvvədə saxlayıb


ABŞ-ın Ali Məhkəməsi prezident Trampın məhdud səyahət qərarını qismən qüvvədə saxlayıb. Eyni zamanda sərəncamın əksər hissəsi qüvvəyə minəcək.

Donald Trampın səyahət qadağası adı ilə tanınan sərəncamı 90 gün ərzində 6 müsəlman ölkəsindən səfərlərin təxirini və qaçqın proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur.

Havay və Merilend ştatları Trampın yeni səyahət qadağasının qarşısını alıb. Hər iki qərar apellyasiya məhkəmələrində qüvvədə saxlanılıb.

Trampın vəzifəsinin icrasına başlayandan bir həftə sonra verdiyi ilk sərəncama əsasən İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a daxil olmalarına qadağa tətbiq edilib.

Orijinal sənədin imzalanmasından sonra hava limanlarında xaos yaşanmışdı, ölkə boyu bir sıra etiraz aksiyaları keçirilmişdi.

ABŞ prezidenti Ali Məhkəmənin qərarını qələbə adlandırıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG