Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb


Fuad Qəhrəmanlı: İctimai Palata 2 aprel mitinqini uğurla keçirəcək
Fuad Qəhrəmanlı: İctimai Palata 2 aprel mitinqini uğurla keçirəcək
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı oktyabrın 8-də Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə Amerikanın Səsinə Fuad Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə idarəyə çağrılmasına səbəb seçkilərdən sonra kütləvi aksiyaların təşkil edilməsi ilə bağlı mətbuata verdiyi açıqlama olub.

AXCP sədr müavini bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyevin iştirakı ilə görüş olub.

“Mənə mətbuata verdiyim açıqlama ilə əlaqədar xəbərdarlıq edildi. Bildirildi ki, razılaşdırılmamış aksiyalar olacağı təqdirdə məsuliyyət daşıyacağam”, o bildirib.

F.Qəhrəmanlı görüşdə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun verdiyi hüquqa əsaslandığını və aksiyaların qanuna uyğun keçiriləcəyini qeyd edib.
XS
SM
MD
LG