Accessibility links

Orxan Zeynalovun həbs müddəti gələn ilin aprelinədək uzadılıb


Orxan Zeynalov Rusiya daxili işlər nazirinin otağında
Orxan Zeynalov Rusiya daxili işlər nazirinin otağında

Hakim Tatyana Vasyuçenko müstəntiqin iddiasını təmin edib

Dekabrın 9-da Moskvanın Presnenski rayon məhkəməsi paytaxtın Qərbi Biryulevo rayonunda qətl törətməkdə ittiham edilən Orxan Zeynalovun həbs müddətini aprelin 10-dək uzadıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, bununla da hakim Tatyana Vasyuçenko müstəntiqin iddiasını təmin edib.

Bu müddət müttəhimin telefon danışıqları haqqında məlumatları əldə etmək, 4 şahidin yerini müəyyənləşdirmək, ekspertizanın rəyini almaq üçün lazımdır.

O, qeyd edib ki, O.Zeynalov digər ölkənin vətəndaşı olduğundan azadlığa buraxılacağı təqdirdə gizlənə bilər.

Vəkil həbs müddətinin uzadılmasına etiraz edərək deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs saxlanılarkən ona qarşı güc tətbiq edilib: "Nəticədə onun qabırğaları çatlayıb". Müstəntiq bəyan edib ki, bu fakt üzrə yoxlama aparılır, lakin hələ nəticə yoxdur.

İş üzrə istintaq müddəti də aprelin 10-dək uzadılıb.

Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub.

Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları qətlə yetirilib.

Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.
XS
SM
MD
LG