Accessibility links

Anar Məmmədlinin apellyasiya şikayətinə baxılması dekabrın 10-na keçirilib [Video]


Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)
Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)

Gənclər zala əllərində qandalla gətirilib və şüşə barmaqlıqlar arxasında oturdulub

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədovun ii üzrə dekabrın 5-nə təyin edilən apellyasiya şikayətinə baxılması baş tutmayıb.

Saat 10.40-a təyin edilən iclas 2,5 saatdan sonra başlayıb.

Gənclər zala əllərində qandalla gətirilib və şüşə barmaqlıqlar arxasında oturdulub. Onlar gülümsəyib, toplaşanları jestlərlə salamlayıblar.

Lakin B.Süleymanlının vəkili Əlibaba Rzayev olmadığındam mühakimə olunanın xahişilə iclas 10 dekabr saat 15:00-a keçirilib.

Zalda Aİ missiyasının və Fransa səfirliyinin nümayəndələri iştirak ediblər.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinin müxbiri ilə söhbətində bildirib ki, müdafiə tərəfi qismən təkrar məhkəmə istintaqının aparılması ilə apellyasiya şikayətinə baxılmasına israr edib. Lakin vəsatət təmin olunmayıb. Bu qərardan Ali Məhkəməyə şikayət verilib. Ali Məhkəmə Apellyasiya Məhkəməsinin ilkin iclasının qərarını qüvvədə saxlayıb.

Bunu nəzərə alan E.Sadıqov güman edir ki, Apellyasiya Məhkəməsi müttəhimlərin barəsində məhkəmə qərarını qüvvədə saxlayacaq.

Belə olan halda müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək, əgər təmin olunmasa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Vəkil deyib ki, B.Süleymanlının səhhətində problemlər yaranıb. O, həbsdən əvvəl aldığı sınıq xəsarətinin fəsadlarından əziyyət çəkir.

A.Məmmədli də mədə və baş ağrılarından əziyyət çəkir.

Anar Məmmədli 5,5 il, bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlı 3,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Könüllülərin Beynəlxalq Əməkdaşlıq Təşkilatı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov da həmin müddətə şərti olaraq azadlıqdan məhrum edilib. Onlar vergidən yayınma, qanunsuz sahibkarlıq və digər cunayətlərdə təqsirli biliniblər.

A.Məmmədli Amnesty International tərəfindən”vicdan məhbusu” kimi tanınıb. Sentyabrın sonlarında o, Vaslav Havel mükafatına layiq görülüb.

Anar Məmmədlinin apellyasiya şikayətinə baxılması dekabrın 10-na keçirilib
please wait

No media source currently available

0:00 0:02:45 0:00

XS
SM
MD
LG