Accessibility links

Suriyada silahlı birləşmələrin tərkibində iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb


 Dayəlik işi üzrə məhkəmə prosesi gedir
Dayəlik işi üzrə məhkəmə prosesi gedir

Məhkəmə baxışı martın 30- a təyin edilib

Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Ənvər Seyidovun sədrliyi ilə Suriya ərazisindəsilahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan

6 Azərbaycan vətəndaşının cinayə işi üzrə hazırlıq iclası başlayıb.

Trendin məlumatına görə müttəhimlər kürsüsündə Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun əyləşib.

Prosesdə onların anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 30- a təyin edilib.

MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb.

Saxlanılanlar arasında yuxarıda adları çəkilən şəxslər də var.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG