Accessibility links

Bayram Məmmədovun apellyasiya şikayəti üzrə ilkin baxış olub [Video]


Bayram Məmmədov (Foto by: Amid Süleymanov)
Bayram Məmmədov (Foto by: Amid Süleymanov)

Hakim vəsatətləri təmin etməyib

Yanvarın 18-də Bakı Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının fəalı Bayranm Məmmədovun apellyasiya şikayətu üzrə hakim Həsən Əhmədovun sədrliyi ilə ilkin baxış olub. Məhkəmə baxışı fevralın 3-nə təyin edilib.

Məhkəmə zalında olanlar fəalı alqışlarla qarşılayıb.

Bayram Məmmədovun apellyasiya məhkəməsi başlayır
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Bayram Məmmədov 2016-cı il mayın 10-da həbs edilib. Daha sonra Daxili İşlər Nazirliyi Bayram Məmmədovun yaşadığı mənzildən bir kiloqramdan çox heroin aşkarlandığı barədə məlumat yayıb.

B.Məmmədov məhkəmə prosesində narkotika ittihamını rədd dərək keçmiş prezident Heydər Əliyevin anadan olduğu gündə onun heykəlinin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazdığına görə həbs edildiyini bildirib. Bakl Ağır Cinayətlər Məhkəməsi B.Məmmədovu 10 il azadlıqdan məhrum edib.

Vəkil Elçin Sadıqov bugünkü məhkəmə iclasında 22 vəsatətlə çıxış edib, - bəraət verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, həbsin girov müqabilində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmənin qismən istintaqla aparılması və s.

Bununla yanaşı, vəkil cinayət işi materiallarından 1-61-ci səhifələrin çıxarılması barədə də vəsatət qaldırıb: “Belə ki, cinayət işinin həmin səhifələrində müdafiəçinin imzası yoxdur. Müdafiəçinin iştirakı olmadan dindirmə aparıla bilməz və bu sübut kimi sayıla bilməız. Dindirmə işgəncə altında aparılıb”, Sadıqov qeyd edib.

Vəkil B.Məmmədov saxlanılmasında iştirak edən polis əməkdaşlarının, tapılan narkotikin olduğu sellofan torbanın üzərindəki əl-barmaq izləri, eləcə də Bayram Məmmədovun əl-barmaq izləri götürülərək məhkəmə ekspertizası vasitəsi ilə eyniləşdirilməsi barədə də vəsatət qaldırıb. O, narkotik olan torbanın məhkəmə zalına gətirilməsini, ictimaiyyətin gözü qarşısında məhv edilməsini məhkəmənin diqqətinə çatdırıb.

“Narkotikin qatılığı, tərkibində nə qədər heroinin olması, istifadəyə yararlı olub-olmaması məhkəmə ekspertizası tərəfindən müəyyənləşdirilməlidir”, o qeyd edib.

Bayram Məmmədov bildirib ki, həbs edildikdən sonra ona, - “heykəldən üzr istə, səni azadlığa buraxaq”, - deyirlər.

“Hökmü qüvvədə saxlayacaqsınız. Amma bunu nəzərə alın. Mən danışacam, amma qorxuram ki, məhkəmə zalından çıxarasınız. Zaldan çıxarmayacağınıza söz verin. Cəzanı qüvvədə saxlamağınızdan qorxmuram”, o, məhkəmə heyətinə müraciət edib.

Hakim Həsən Əhmədov onu mahiyyəti üzrə danışmağa dəvət edib.

Dövlət ittihamçısı Seyhun Azadəliyev məhkəmədən vəsatətlərin təmin edilməməsini xahiş edib.

Beləliklə, hakim Həsən Əhmədov 22 vəsatətin heç birini təmin etməyib.

XS
SM
MD
LG