Accessibility links

Draqana Filipoviç: Milli məhkəmə Avropa standartlarına uyğun olmalıdır


Məhkəmələrlə bağlı konfrans
Məhkəmələrlə bağlı konfrans

Bakıda Avropa Şurası və Avropa İttifaqının "Azərbaycan məhkəmələrinin səmərəliliyinə yardım, hakimlərin təhsilinin təkmilləşdirilməsi, məhkəmələrin özünüidarəsi" mövzusunda birgə layihəsinin başa çatmasına həsr olunmuş yekun konfrans keçirilib.

Turan agentliyinin məlumatına görə, layihə Aİ-nin "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində həyata keçirilib. İki illik layihə Azərbaycanın Avropa Şurası qarşısında insan hüquqlarına, qanunun aliliyinə və demokratik prinsiplərə riayət olunması üzrə öhdəliklərinə uyğun olaraq keçirilib.

Layihə çərçivəsində pilot məhkəmələrdə CEPEJ - Ədalətli mühakimənin səmərəliliyi məsələləri üzrə Avropa Komissiyasının standartları tətbiq olunub.

CEPEJ 2002-ci il sentyabrın 18-də Aİ-nin Nazirlər Komitəsinin qətnaməsinə uyğun olaraq, AŞ üzvü olan dövlətlərdə ədliyyənin fəaliyyətinin səmərəliliyi məsələləri üzrə ekspert təşkilatı kimi yaradılıb.

Konfransın açılışında çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç qeyd edib ki, layihənin həyata keçirilməsi Azərbaycanın məhkəmə sisteminin inkişafı üçün onunla sıx əməkdaşlığa şərait yaratmaq imkanı verib.

"Layihənin məqsədi məhkəmə sistemində islahatlar aparmaq üçün potensialı gücləndirmək idi", o bildirib.

Filipoviç vurğulayıb ki, Avropa Məhkəməsinə müraciətlərin sayını azaltmaq üçün milli məhkəmə sistemi inkişaf etdirilməlidir.

"Bütünlükdə milli məhkəmə sistemləri Avropada qəbul edilmiş standartlara maksimum uyğun olmalıdır", o bildirib.

Avropa Şurası insan hüquqları və qanunun aliliyi üzrə baş direktorunun ədliyyə və hüquqi əməkdaşlıq departamentinin rəhbəri Hanna Yunker qeyd edib ki, digər üzv ölkələrdə olduğu kimi, Azərbaycanda da Avropa Şurasının məqsədi etibarlı, hər bir insan üçün əlçatan olan, mübahisəli məsələlərin keyfiyyətli həllinə şərait yaradan məhkəmə sisteminin yaradılmasıdır.

"Çox sayda şikayətlər uzun məhkəmə prosesləri, habelə məhkəmə qərarlarının yerinə yetirilməməsi ilə bağlıdır", Yunker bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri Ceron Vilems qeyd edib ki, hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi haqqında müzakirələr trenddir.

"Bunun üçün ədalətli məhkəmə sistemi olması çox vacibdir. Məhz belə məhkəmə sistemi iqtisadi islahatlara şərait yaratmalıdır", o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG