Accessibility links

AXCP fəalının cinayət işi üzrə məhkəmə başlayır


Fuad Əhmədli
Fuad Əhmədli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin işi üzrə hazırlıq iclası aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə olacaq.

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi F.Əhmədlinin barəsində cinayət işinin bəraətverici əsaslarla dayandırılmasına nail olmaq niyyətindədir.

“Məhkəmə iclasının vaxtı barədə mənə və F.Əhmədlinin ailəsinə rəsmi məlumat verilməyib. Biz məhkəmə iclası barədə təsadüfən bilmişik. Bu gün Fuad evə zəng edərək bildirib ki, aprelin 13-də məhkəmədir”, vəkil qeyd edib.

Ə.Mustafayev deyib ki, əgər məhkəmə barədə məlumatı olmasaydı, hazırlıq iclasına dövlət vəkili təyin ediləcəkdi.

O qeyd edib ki, məhkəmənin hərəkəti müdafiə tərəfinin imkanlarını məhdudlaşdırır və vəkilin iclasa hazırlaşmasına cəmi bir sutka qalıb.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətülla Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Martın 6-da F.Əhmədlinin barəsində ittiham Cinayət Məcəlləsinin 302.1-ci maddəsindən (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması) 308.1-ci maddəyə (vəzifə səlahiyyətlərindən sui-istifadə) tövsif edilib.

F.Əhmədli ittihamı rədd edir. Əgər əvvəlki ittiham üzrə F.Əhmədlini 3 il həbs cəzası gözləyirdisə, yeni maddələrlə 8 ilədək həbs cəzası gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG