Accessibility links

“Nardaran işi-2” məhkəməsi davam edir [Video]


Elçin Qasımov
Elçin Qasımov

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Elçin Qasımov 2015-ci il noyabrın 5-də inzibati qaydada 30 gün müddətinə həbs olunub. Üç həftə sonra – noyarın 26-da hüquq mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib, “Müsəlman Birliyi” Hərəkatının 15-ə yaxın üzvünü, o cümlədən hərəkatın lideri Taleh Bağırzadəni həbs edilib.

30 gün başa çatdıqda Qasımova qarşı hakimiyyəti ələ keçirməyə cəhd, terrorçuluq və başqa çoxsaylı ittihamlar irəli sürülüb. Analoji ittihamlarla daha 10 nəfəri - Ağa Yəhyayev, Mahir Qəhrəmanov, Seyfəddin Şirvanov, Ramil Əliyev, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seymur Aslanov, Əli Şahbazov, Əmirəli Əliyev və İsa İbrahimovu həbs ediblər.

Hakim Mayıl Bayramovun sədirlik etdiyi məhkəmə prosesində aprelin 28-də zərərçəkmiş qismində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin sahə inspektoru Yusif Qurbanov ifadə verib.

"Emin Babayevlə 5 noyabr 2015-ci ildə xidmətdə idim. Məscidin yaxınlığında dayanmışdıq. Elçin məsciddən çıxıb yüksək səslə bizi təhqir etdi. Biz ona yaxınlaşıb sakinləşdirmək istədik. O, polisin və hakimiyyətin ünvanına xoşagəlməz sözlər deyirdi. Daha sonra isə onu bölməyə apardıq və protokol yazıldı", sahə inspektoru bildirib.

Y. Qurbanov ona heç bir xəsarət yetirilmədiyini və özünü zərərçəkmiş qismində görmədiyini deyib.

Daha sonra, Elçin Qasımov zərərçəkmişin yalan ifadə verdiyini deyib. O, bildirib ki, həmin gün məsciddə olmayıb. Onu evinin qabağından Sadiq Heydərov və 3 nəfər polis idarəsinə dəvət edib.

"Sənin içində az da olsa vicdan var, özünü zərərçəkmiş hesab etmirsən. Utandığından gözümün içinə belə baxa bilmirsən. Bizi "bandotdel"də üzləşdirəndə demişdin ki, "əlimdə olsa səni azadlığa buraxardım”, E. Qasımov bildirib.

Növbəti məhkəmə iclası mayın 5-də olacaq.

2015-cı il noyabrın 26-sı hüquq mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfər öldürülüb. Rəsmi məlumatlara görə, Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.

Məhkəmə artıq “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadəyə 25 il, digər 18 nəfərə müxtəlif müddətlərdə ağır cəzalar verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG