Accessibility links

AXCP fəalının məhkəməsi davam edib


Fuad Əhmədli
Fuad Əhmədli

Mayın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin işi üzrə məhkəmə istintaqı başlayıb.

Fuad Əhmədli 2016-cı ilin avqustunda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması) və 308-ci maddənin 1-ci bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittihamla həbs olunub. Bu ilin martında ittihamlar 308-ci maddənin daha ağır cəza nəzərdə tutan 2-ci bəndinə tövsif edilib.İstintaq Əhmədlini işçisi olduğu "Azərfon" mobil rabitə şirkətinin abunələrinin şəxsi məlumatlarını yaymaqda ittiham edir.

Əhmədli ittihamları qəbul etmir, siyasi sifariş kimi qiymətləndirir.

Bugünkü məhkəmə iclasında əvvəlcə ittiham aktı oxunub. Əhmədli bildirib ki, özünü təqsirli bilmir.

Daha sonra vəkil Əsabəli Mustafayev bir sıra vəsatətlərlə çıxış edib.

Xüsusən, o, prosesin audio və videoçəkilişinin aparılması, qanunsuz yolla əldə edilmiş dəlillərin iş materiallarından çıxarılması, Əhmədlinin operator işlədiyi "Azərfon" şirkətinin icraçı direktorunun şahid qismində dəvət edilməsi haqqında vəsatətlər qaldırıb.

Hakim prosesin çəkilişinin aparılması haqqında vəsatəti təmin etməyib, digərlərini isə baxılmadan saxlayıb.

Bundan sonra zərərçəkmiş kimi tanınmış Məhəmməd Quliyev çıxış edib. O deyib ki, təqsirləndirilən şəxslə tanış olmayıb, amma onun qohumunu tanıyırdı. O bildirib ki, hazırda Əhmədliyə qarşı iradı yoxdur.

Təqsirləndirilən şəxs deyib ki, öz qohumuna zərərçəkmiş şəxs barədə heç bir məlumat ötürməyib.

“Qohumum SMS-lə məndən bu şəxsin harada olduğunu soruşdu. Mən onun çox uzaqda, ya da xaricdə olduğunu yazdım”, deyə Əhmədli bildirib.

Digər zərərçəkmiş – Samir Xəlilov bildirib ki, təsadüfən bir nömrəyə zəng edib, bu nömrənin istifadəçisi qız idi.

“Mən üzr istəyib səhv düşdüyümü dedim və telefonu söndürdüm. Bundan sonra barəmdə axtarış elan edildiyini eşitdim. Təqsirləndirilən şəxs mənim məlumatlarımı həmin qızın nişanlısına verib”, Xəlilov bildirib. O da Əhmədliyə qarşı şikayəti olmadığını deyib.

Növbəti məhkəmə iclası mayın 11-də keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG