Accessibility links

Şahidlər “Azadlığ”ın maliyyə direktorunun xeyrinə ifadə verib


Faiq Əmirli
Faiq Əmirli

İyunun 1-də Səbael rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirovun işi üzrə istintaq başlayıb.

O, 2016-cı il avqustun 20-də saxlanılıb və Cinayət Məcəlləsinin 168.1 (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə dini və milli ədavət salınması) maddələri ilə ittiham olunur.

2017-ci il aprelin 17-də ona qarşı yeni ittihamlar irəli sürülüb: Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

Amma ibtidai istintaqın yekunlarına görə 168.1 və 308-ci maddələr ləğv olunub.

Vəkil Aqil Layıcov bildirib ki, bu gün ittiham aktı elan edilib. Onun məzmunu "Azadlıq" qəzetinin fəaliyyətinə aiddir və irəli sürülmüş ittihamlar üzrə Əmirovun təqsirinin heç bir sübutu təqdim edilməyib.

Belə ki, istintaq Əmirovun KİV-də hansı formada dini və milli ədavət saldığını açıqlamır.

İstintaq həmçinin iddia edir ki, bu cür materiallar Əmirovdan götürülən disklərdə olub. Amma,Cinayət Məcəlləsinin 283.2.2-ci maddəsinə əsasən, konkret ədavət hallarına gətirib çıxarmayıbsa, KİV-dəki nəşr öz-özlüyündə cinayət məsuliyyəti doğuran əməl hesab olunmur.

İkincisi, belə bir nəşr olmayıb. Üçüncüsü, diskin içində nə olduğu açıqlanmır. İstintaq sədəcə olaraq iddia edir ki, orada konstitusiya quruluşunun dəyişdirilməsinə və dini nizam-intizam qurulmasına çağırışlar var.

Müdafiə tərəfi diskə baxılması haqqında vəsatət qaldırıb, amma məhkəmə vəsatətə baxmayıb.

Vəkillər həmçinin Əmirovun Fətullah Gülənin imamı olduğu barədə ittihamı araşdırmağı təklif ediblər.

Amma, məhkəmədə vergi ödənişindən yayınma haqqında ittihamla bağlı şahidlər dindirilib.

"Şahidlər Əmirovun xeyrinə ifadə veriblər. Bu, mətbuat yayım firmalarının nümayəndələri idi. Onlar deyiblər ki, firmalar hər nüsxənin 40%-ni özlərinə saxlayır, qalanını redaksiyaya verirdilər. Yəni onlar ümumi tiraj məbləğindən çap və yayım xərcləri nəzərə alınmadan redaksiyaya vergi hesablanmasının əsassız olduğunu təsdiq ediblər.

Bundan başqa, firma nümayəndələri bildiriblər ki, bütün tiraj satılmırdı. Yəni vergi orqanları maksimum satış hesablayıblar", Layıcov qeyd edib.

Ümumilikdə redaksiyaya 39 min manat məbləğində vergi borcu hesablanıb. Müdafiə tərəfi bu ittihamı təkzib edir. Bu zaman ittiham "Qasid" dövlət firmasının redaksiyaya 70 min manata yaxın borcu olduğunu nəzərə almayıb.

Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG