Accessibility links

Avropa Məhkəməsi əsgər ölümü ilə bağlı qərarını elan edib


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

İyunun 1-də Avropa İnsan Hüquqları Məhkəməsi Malik Babayevin şikayəti üzrə Azərbaycana qarşı qərarını elan edib. Bu barədə vəkil Fariz Namazlı facebook səhifəsində yazıb.

Malik Babayev Azərbaycana qarşı işdə, ərizəçinin oğlu Zakir Babayev 2009-cu ilin noyabrın 14-də Gədəbəy rayonunda hərbi hissədə qarovulda olarkən əsgər yoldaşları güllə səsi eşidib və Z. Babayevin meyidini aşkar ediblər.

Həmin gün Qazax Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü ölüm həddinə çatdırma) ilə cinayət işi başlanılıb. Sonradan cinayət hadisəsi olmaması əsası ilə icraata xitam verilib.

Yerli məhkəmələr həmin qərarı qüvvədə saxlayıb və hesab ediblər ki, iş üzrə bütün tədbirlər görülüb.

Avropa Məhkəməsi hesab edib ki, bu iş üzrə effektiv araşdırma aparılmayıb, buna görə Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin (araşdırılma aparılmaması) pozuntusunu elan edib və mənəvi zərərə görə 15000 avro kompensasiya təyin edib.

XS
SM
MD
LG