Accessibility links

Sərdar Babayev 3 il azadlıqdan məhrum edilib [Vəkil Cavad Cavadovla müsahibə]


Sərdar Babayev
Sərdar Babayev

İyulun 3-də Masallı rayon Məhkəməsi (Bakıdan 236 kilometr cənub) ilahiyyatçı Sərdar Babayevin 3 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu barədə vəkil Cavad Cavaov facebook səhifəsində bildirib.

Vəkil Cavad Cavadovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Dövlət ittihamçısı ilahiyyatçıya 4 il həbs istəmişdi.

Məhkəmə prosesinə hakim Anar Alməmmədov sədrlik edib.

Sərdar Babayev bu il fevralın 22-də həbs edilib. Ona Cinayət Məcəlləsinin 168-1.1.3-ci (İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan vətəndaşı tərəfindən aparılması -təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.

Yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları onun dini mərasim idarə etməsinə icazə vermir. S.Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıq edilib. Ancaq o, bu xəbərdarlığı eşitməyib.

Müdafiə tərəfi bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb.

Qeyri-rəsmi mənbələr hesab edir ki, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edib və tənqidi fikirlər səsləndirib.

Sərdar Babayev məhkəmə zamanı ittihamı sifariş kimi qiymətləndirib. O bildirib ki, xaricdə ali məktəbi 2000-ci ildə bitirib, yuxarıda qeyd edilən məhdudiyyət isə 2015-ci ildə tətbiq edilib.

"Qanunun geriyə təsiri yoxdur", o xatırladıb.

Vəkil Cavad Cavadov məhkəmənin hökmündən təəssüf hissi keçirdiyini bildirib.

“Hüquq müqdafiə tədbirlərimizi davam etdirəcəyik”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG