Accessibility links

Keçmiş deputat 13 il azadlıqdan məhrum edilib


Dünyamin Xəlilov
Dünyamin Xəlilov

İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesində hökm elan olunub.

Məhkəmə hökmünə əsasən keçmiş deputat 13 il azadlıqdan məhrum edilib.

Onunla birlikdə mühakimə olunan, amma istintaq və məhkəmə dövründə azadlıqda olanlardan Mansur Zeynalov, Fərhad Əmiraslanov və Seyfulla Seyfullayevin hər biri 5 il azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs olunub.

Şakir Musayev, Ruslan Əsgərov və Rauf Əliyevə münasibətdə isə Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunub.

Bundan əlavə, Vergilər Nazirliyinin mülki iddiası təmin edilib. D. Xəlilovun üzərinə həbs qoyulmuş əmlakları vurulmuş ziyanın ödənilməsinə yönəldilib. Təqsirləndirilən şəxslərdən vurulmuş ziyanın (50 milyon manat) müştərək qaydada tutulmasına qərar verilib.

İttihama görə, D.Xəlilov Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D.Xəlilov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə), 213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxs D.Xəlilov Bakıda tanınmış “Globus Plaza”nın sahibidir. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin qohumu və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazarı” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Azərbaycan Beynəlxalq Bankının bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG