Accessibility links

Fəalın apellyasiya şikayəti təmin edilməyib


Bir neçə gün öncə 30 sutka həbs cəzası almış AXCP üzvü Üzeyir Abbasovun sentyabrın 14-də Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılıb.

Vəkil Asabəli Mustafayev “Facebook” səhifəsində yazıb ki, sosial şəbəkədə fəallığına görə inzibati həbslə cəzalandırılmış AXCP üzvü Üzeyir Abbasovun işindən verdiyi apellyasiya şikayətinə baxılıb.

“Verdiyim vəsatətlərə heç bir münasibət bildirmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanıldı. Hətta qanunun normalarına zidd olaraq, Üzeyir bəyin məhkəməyə qədər 61 saat həbsdə saxlanılması kimi açıq-aşkar pozuntuya qiymət verilmədi. Şikayətə bu formada baxılacağı gözlənilən idi. Sadəcə bizə bu mərhələni keçmək lazım idi. Prosesdən sonra mənimlə söhbətində Üzeyir bəy saxlanma şəraitindən müəyyən şikayətlər etdi. Belə ki, 2 nəfərlik yataq dəsti olan kamerada 4 nəfər cəza çəkir. Nəticədə çarpayıda növbə ilə yatırlar. Məntəqə əməkdaşları bunu cəzaçəkmə müəssəsində saxlanılanların normadan artıq olması ilə əsaslandırırlar. Bundan başqa, Üzeyir bəyə telefon danışıqları hüququndan tam istifadə etməyə imkan verilmir. Bu faktlarla bağlı mənim tərəfimdən müvafiq orqanlara müraciət olunacaqdır”, vəkil qeyd edib.

Sentyabrın 5-də Bakının Səbael rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Üzeyir Abbasovu 30 sutka inzibati həbsə məhkum edib. Üzeyir Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) təqsirli bilinib.

AXCP-nin məlumatına görə, fəal senyabrın 2-də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sosial şəbəkələrdə hakimiyyət, xüsusən də prezident əleyhinə olan bir neçə statusu silinib və izahatı alınaraq sərbəst buraxılıb.

“Hadisədən sonra fəal ABŞ-ın Azərbaycandakı səfirliyinə gedərək, onları bu barədə məlumatlandırıb. Səfirlikdən çıxandan sonra yenidən saxlanılıb”, məlumatda qeyd edilir.

Abbasov iddia edib ki, o, sosial şəbəkələrdə ölkə başçısının karikaturasını paylaşıb və bu, həbsinə səbəb olub.

Hüquq mühafizə orqanları Üzeyir Abbasovun tutulması və onun iddialarına münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG