Accessibility links

Keçmiş deputatın oğlunun şikayəti təmin edilməyib


Sentyabrın 20-si Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından verilən şikayətə baxılıb.

Azadlıq radiosunun məlumatına görə, bu barədə Ə.Salahzadənin yaxınları məlumat verib.

Onların dediyinə görə, məhkəmə Ə.Salahzadə barəsində həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bu günlərdə Ə.Salahzadə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham olunur.

Ə.Salahzadə «Azərsu» ASC-nin əməkdaşını döyməkdə təqsirləndirilir.

Ancaq onun yaxınları ittihamı qəbul etmirlər. Ə.Salahzadə Milli Məclisin keçmiş deputatı Qalib Salahzadənin oğludur.

XS
SM
MD
LG