Accessibility links

Sabiq MTN generalın məhkəməsinə jurnalistlər buraxılmayıb


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

Sentyabrın 22-də Bakı hərbi məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə həbsdə olan general,keçmiş MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyev və onun tabeliyində işləmiş Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yerli medianın məlumatına görə, məhkəmə iclasına jurnalistlər buraxılmayıb. Məhkəmədən bildirilib ki, media nümayəndələrinin iştirakına qadağa qoyulub.

Jurnalistlərin məhkəmə prosesinə buraxılmaması ilə bağlı konkret səbəb göstərilməyib.

Bu günkü məhkəmədə iş üzrə şahid qismində tanınmış generallar dindiriləcək. Onların bir neçəsi həbsdədir.

E.Quliyev özü də məhkəməsində yaşanan olayların, verilən ifadələrin yayılmasını istəmir.

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu. O, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə, qanunsuz olaraq telefon danışıqlarının dinlənilməsi və başqa əməllərdə suçlanır.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Nazirliyin 20-dən artıq yüksəkçinli əməkdaşı saxlanıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG