Accessibility links

İlahiyyatçının kassasiya şikayətinə baxılacaq


Sərdar Babayev
Sərdar Babayev

Ilahiyyatçı Sərdar Babayevə (Hacıhəsənli) bəraət istənilir. Masallı rayonunda həbs edilmiş ilahiyyatçının vəkili onun barəsində məhkəmə qərarından kassasiya şikayəti verib.

Ali Məhkəmədən bildiriblər ki, ilahiyyatçının kassasiya şikayəti artıq cinayət kollegiyasında icraata qəbul edilib.

Şikayətə hakim Gülzar Rzayevanın sədrlik etdiyi məhkəmə heyəti baxacaq. Məhkəmənin vaxtı hələlik açıqlanmır.

S.Babayev bu il fevralın 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilib. İyulun 3-də Masallı Rayon Məhkəməsi hakim Anar Alməmmədovun sədrliyi iləilahiyyatçını 3 il azadlıqdan məhrum edib.

Həmin hökmdən verilmiş şikayəti Şirvan Apellyasiya Məhkəməsi təmin etməyib.

İstintaq prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi bildirib ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilər.

XS
SM
MD
LG