Accessibility links

Gözəl Bayramlının işi üzrə hazırlıq iclası başlayıb


Gözəl Bayramlı, AXCP sədrinin müavini

Noyabrın 30-da Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının işi üzrə hazırlıq iclası keçirilib.

İclas zamanı vəkil Elçin Sadıqov bir sıra vəsatət qaldırıb. Vəsatətlərdən biri G.Bayramlının vəkilləri ilə yanaşı əyləşməsinə icazə verilməsi ilə bağlı olub. Məhkəmə vəsatəti təmin etmək istəsə də konvoy rəisi bunun əleyhinə olub və G.Bayramlı yenə “qəfəs”də qalıb.

Həmçinin müdafiə tərəfi bəraətverici əsaslarla cinayətə xitam verilməsi, qanunsuz yollarla əldə edilmiş sübutların cinayət materiallarından çıxarılması və s. barədə vəsatət qaldırıb.

Vəkil E.Sadıqovun sözlərinə görə, hakim vəsatətlərlə bağlı qərarların elan edilməsi üçün dekabrın 1-dək fasilə elan edib.

G.Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə cinayət işi qaldırılıb. G.Bayramlı hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG