Accessibility links

Turan agentliyinin iddiası üzrə məhkəmə davam etdirilib


Turan İnformasiya Agentliyi
Turan İnformasiya Agentliyi

Noyabrın 30-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Turan agentliyinin Vergilər Nazirliyinin Lokal Vergilər Departamentinə qarşı iddiası üzrə iclas davam edib.

İddiada avqust ayında Turan-a cərimə ilə birlikdə 38 min manat verginin hesablanması barədə qərarın qanuniliyi mübahisələndirilir.

İclasda Vergilər Nazirliyinin nümayəndəsi agentliyə təyin edilən vergi və sanksiyaların ləğvi ilə əlaqədar işə xitam verilməsi barədə vəsatət qaldırıb.

Lakin agentliyin nümayəndəsi Fuad Ağayev bu barədə departamentin rəsmi qərarının olmasının vacibliyini qeyd edib.

"Sabah departament sanksiyanı bərpa edə bilər və ləğv olunmanı sistemin səhvi kimi təqdim edə bilər. Çünki bundan əvvəl də belə olmuşdu", o qeyd edib.

Hakim dinləmələri dekabrın 5-dək təxirə salıb və Vergilər Nazirliyinin nümayəndəsini sanksiyanın götürülməsi barədə yazılı qərarı təqdim etməyə çağırıb.

XS
SM
MD
LG