Accessibility links

Turan-ın məhkəməsi yenidən təxirə salınıb


Turan İnformasiya Agentliyi
Turan İnformasiya Agentliyi

Dekabrın 5-də 1 saylı Bakı İnzibati İqtisad Məhkməsində Turan agentliyinin Vergilər Nazirliyinin Lokal Vergilər Departamentinə qarşı iddiası üzrə iclası yenə təxirə salınıb. Səbəb Vergilər Nazirliyinin nümayəndəsinin agentliyə qarşı 38 min manat ölçüsündə vergi sanksiyasının ləğv edilməsi haqqında qərarı yenə məhkəməyə təqdim etməməsidir. Hakim Şərafət Məmmədov iclası dekabrın 19-na qədər təxirə salıb.

Agentliyin iddiasında avqustda Turan-a sanksiyalarla birlikdə 38 min manat məbləğində vergi hesablanması haqqında qəbul edilmiş qərarın qanuniliyinə etiraz olunur. Bu qərar Turan-a qarşı cinayət işi açılmasına və agentliyin direktoru Mehman Əliyevin həbsinə səbəb olub.

O, sentyabrın 11-də həbsdən azad edilib.

Oktyabrın sonlarında cinayət işinə xitam verilib və vergi sanksiyaları ləğv olunub.

Amma indiyədək Vergilər Nazirliyi nə cinayət işinə xitam verilməsi haqqında, nə də sanksiyaların ləğvi haqqında qərarı agentliyə təqdim etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG