Accessibility links

Qiyas və atası Həsən İbrahimovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb


Qiyas İbrahim
Qiyas İbrahim

Dekabrın 6-da Bakının Yasamal Rayon Məhkəməsində məhkəməyə hörmətsizlikdə ittiham olunan gənc fəal Qiyas İbrahimovun və atası Həsən İbrahimovun işi üzrə istintaq yekunlaşıb.

İclasın əvvəlində hakim Hüseyn Səfərov bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Məmmədov, Qasımov və Bayramov "üzürlü səbəbdən" prosesə gələ bilmədikləri barədə teleqram göndəriblər. Amma İbrahimovların vəkili buna etiraz edib.

O qeyd edib ki, hər üç hakimin istintaqa verdiyi ifadələr "nöqtə-vergülünə qədər eynidir".

Bundan başqa, ifadələr və Qiyas İbrahimovun işi üzrə prosesdə çəkilmiş videoyazı arasında uyğunsuzluqlar var, deyə vəkil əlavə edib.

"Məsələn, hakimlər iddia edirlər ki, Həsən İbrahimov onlara "alçaq oğlu" deyib. Amma kadrlardan görünür ki, orada belə bir ifadə səslənməyib", deyən Sadıqov bir daha hakimlərin prosesə çağırılması barədə vəsatət qaldırıb.

Amma hakim Səfərov vəsatəti təmin etməyib.

Daha sonra təqsirləndirilən Qiyas və Həsən İbrahimovlar çıxış ediblər.

"Oğlmnun və ailəmizin qarşılaşdığı bu böhtandan, ədalətsizlikdən mənəvi və psixoloji olaraq yorulmuşam. O anda mənim hakimlərin elədiyi haqsızlığa etirazım kürəyinə xəyanət xəncəri sancılmış adamın çəkdiyi əzabdan "uff" deməsi idi. Evdə tək olan aciz bir qadını itələyib, evə bir kiloqram narkotik atırlarsa, hardadır haqq-ədalət? Mən də dedim ki, əgər haqqı unurdursunuzsa, ədalətsizlik eləyirsinizsə, sizin də övladlarınızın başına gəlsin, görəsiniz ki, biz nə çəkirik", Həsən İbrahimov bildirib.

Qiyas İbrahimov, öz növbəsində, "məhkəməyə hörmətsizlik etmədiyini" deyib.

Əksinə, hakim Məmmədov onu çıxış etmək imkanından məhrum edərək, onun hüquqlarını pozub.

"Mən sadəcə, sözümün kəsilməsinə etiraz olaraq, mikrofonu çıxarmışam. Əgər bu hadisədə hüquq pozuntusu varsa, onu da Vüqar Məmmədov eləyib - mənim söz demək hüququmu pozub", Qiyas İbrahimov bildirib.

İclasın sonunda məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokurorun çıxışı dekabrın 12-nə təyin edilib.

Ata və oğul İbrahimovlar Cinayət Məcəlləsinin 289.2-ci (hakimə hörmətsizlik) maddəsi ilə ittiham olunurlar.

Cinayət işi bu il iyunun 5-də Bakı Apellyasiya Məkəməsində baş vermiş insidentlə əlaqədar açılıb. Qiyas İbrahimov dövlət ittihamçısının çıxışı zamanı şüşə qəfəsdəki mikrofonu çıxarıb (Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib). Bu, hakimin Qiyasın heç nə eşitmədiyi haqqında çağırışlarına məhəl qoymamasından sonra baş verib.

Məhkəmə nəzarətçiləri qəfəsə daxil olublar və İbrahimova qandal taxaraq qüvvə tətbiq ediblər. Fəalın qəzəblənən atası etirazını bildirib, hakimi zorakılığa son qoymağa çağırıb. O, "Gün gələcək, sizin də övladlarınızın başına belə bir şey gələcək", deyə qışqırıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov bunu özlərinə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG