Accessibility links

Aslan İsmayılov təqsirləndirilən şəxs qismində tanınıb


Aslan İsmayılov
Aslan İsmayılov

Mayın 24-də Bakının Səbael Rayon Məhkəməsi hüquqşünas Aslan İsmayılovu Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə təqsirləndirilən şəxs qismində tanıyıb.

Bu barədə Aslan İsmayılovun özü facebook səhifəsində yazıb.

Belə ki, “Xəmsə-M” cəmiyyətinin rəhbəri Mürvət Həsənli hüquqşünasa qarşı Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci hissəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) cinayət işinin qaldırılması və həbsini tələb edir.

Aslan İsmayılov bildirir ki, Həsənli onu “dələduz” ifadəsinə görə məhkəməyə verib.

O bu gün məhkəməyə məcburi şəkildə gətirilib və öz sübutlarını təqdim edib.

“M.Həsənlinin öz imzası ilə təsdiq etdiyi türk iş adamı Ömür Orala 1 milyon 300 min ABŞ dolları borcu olduğunu etiraf etdiyi müqaviləni və həmin müqavilə anını təsdiq edən Youtube kanalında olan videosunu (https://youtu.be/qBCLOZNYMY4) məhkəməyə təqdim etdim. M.Həsənlinin cavabı o oldu ki, bəli o müqaviləni imzalayıb, ancaq sonra mühasibət sənədlərini araşdıranda görüb ki, onun Ö.Orala borcu yoxdur. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Hacı Əfəndiyevin may 2017 il tarixdə öz imzası ilə təsdiq etdiyi aktı məhkəməyə təqdim etdim. Həmin aktda deyilir ki, M.Həsənli türk iş adamı Ömür Orala olan 1.3 milyon ABŞ dollar vurduğu ziyanın 50 min ABŞ dollarını ödəyir. Məhkəmənin sualına M.Həsənli cavab verdi ki, o pulu özü yox, ondan xəbərsiz qohumu ödəyib.

Digər sübutları da təqdim etdikdən sonra M.Həsənli məhkəməyə bildirdir ki, onun Ö.Orala olan borcunun Aslan İsmayılova heç bir aidiyyatı yoxdur və məni dələduz adlandıra bilməzdi. Məhkəməyə izah etdim ki, mənimlə Ö.Oral arasında onun hüquqlarını qorumağım haqqında müqaviləm var. Bunun əsasında apardığım araşdırmalar nəticəsində onun aldatma yolu ilə Ö.Oralın 1.3 milyon ABŞ dollarını etibarından sui istifadə etməklə mənimsədiyini aşkarlamışam və bunun da adı qanunvericilikdə dələduzluqla mənimsəmədir. Məhkəmədə dediklərimi bir daha təsdiq edirəm”, o qeyd edib.

Məhkəmə müşavirəyə gedib və Aslan İsmayılovu təqsirləndirilən şəxs qismində tanınması barədə qərarını elan edib.

Növbəti məhkəmə prosesi 31 may 2018-ci il saat 11.00-a təyin olunub.

Bununla yanaşı, Mürvət Həsənli hələ öz mövqeyini açıqlamayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG