Accessibility links

REAL Partiyasının fəalları həbsdə saxlanılıb


Azər Qasımlı və
Azər Qasımlı və

İyunun 4-də Bakı Apellyasiya Məhkəməsi hakim Qədim Babayevin sədrliyi ilə REAL Partiyasının Məclis üzvü Azər Qasımlının və hakim Vaqif Mursaqulovun sədrliyi ilə partiyanın fəalı Nəriman Mücahid İsmayılın şikayətini təmin etməyib. Məhkəmə fəalları həbsdə saxlayıb.

Vəkil Elçin Sadıqov məhkəmənin qərarını ədalətsiz sayır.

“Hər iki şəxs barədə qərar qanunsuz və əsassızdır”, o qeyd edib.

Azər Qasımlı məhkəmədə çıxışında həbsinin siyasi sifariş olduğunu bildirib.

“Birinci instansiya məhkəməsi şahid ifadəsi olmadan polisin ifadəsinə əsaslanaraq həbsimlə bağlı qərar qəbul edib. Məhkəmə sifarişlidir. Həbsim siyasi fəaliyyətim və hakimiyyəti tənqid etməyimlə bağlıdır”, o qeyd edib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı jurnalistlətə REAL Partiyasının fəallarının saxlanma şəraitinin ağır olduğunu bildirib.

“Artıq fəalların həbsindən bir həftə keçməsinə baxmayaraq onların ailəı üzvləri ilə görüşünə imkan verilməyib. Telefon danışığına icazə verilmir. Fəallar dörd divar arasında saxlanılır, onları açıq havada gəzintiyə çıxarmırlar. Hətta gündüz saatlarında uzanmağa imkan vermirlər”, o qeyd edib.

REAL Partiyasının tərəfdarlarının mayın 28-də Bakıda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirdikləri bayram nümayişindən sonra dörd fəal İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) ittiham edilərək həbs olunub. Belə ki, məhkəmə qəraraları ilə Ərəstun Baxşəliyev, Azər Qasımlı, Nəriman Mücahid İsmayılın hər biri 30 sutka, Elmir Həmzə 25 sutka həbsə məhkum edilib.

XS
SM
MD
LG