Accessibility links

Jurnalistin kassasiya şikayəti təmin edilməyib


Ziya Əsədli
Ziya Əsədli

İyunun 12-dı Ali Məhkəmə hakim İmran Hacıqayıbovun sədrliyi ilə “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin kassasiya şikayətini təmin etməyib.

Vəkil Elçin Sadıqov məhkəmədə bildirib ki, Ziya Əsədlinin həbsi onun müxalif mövqeyi və regionda baş verənləri jurnalist kimi işıqlandırması ilə bağlıdır.

“19 aprel 2017-ci ildə zərərçəkmiş Həsən Aslanovla aralarında yaranan mübahisədən sonra hər ikisinin polisə müraciət etməsinə baxmayaraq Ziya Əsədlinin şikayəti araşdırılmayıb. Həsən Aslanov ilk izahatında Ziyanın onu əli ilə vurduğunu, hadisə yerində Mirmehdi və Firuz adlı şəxslərin olduğunu göstərsə də, sonradan aprelin 26-da olan izahatda Ziyanın onu telefonla vurması, şahid kimi Məzahim Əliyev və Habilin Cəbrayılovun adını göstərib”.

Vəkilin fikrincə, şahidlər və zərərçəkənin ifadəsində xeyli ziddiyyətlər var.

Ziya Əsədli heç bir cinayət törətmədiyini, hökmün qanunsuz və sifarişli olduğunu məhkəmə heyətinin diqqətinə çatdırıb.

Yerində müşavirə edən Ali Məhkəmənin hakimləri hökmün dəyişdirilmədən qüvvədə saxlandığı barədə qərar qəbul edib.

Ziya Əsədli 2017-ci il sentyabrın 7-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il məhkum edilib, məhkəmə zalında həbs edilib.

Ziya Əsədlinin həbsi ilə bağlı verilmiş apelyasiya şikayətinə 2018-ci il yanvarın 9-da baxılıb və Biləsuvar Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

XS
SM
MD
LG