Accessibility links

Avropa Məhkəməsi 25 Azərbaycan vətəndaşının şikayəti üzrə araşdırmaya başlayıb


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 25 Azərbaycan vətəndaşının şikayətini araşdırmağa başlayıb. Bu barədə AİHM-i məlumat yayıb.

Şikayətçilər AİHM-ə şikayətlərində ədalətli məhkəmə araşdırması, ləyaqətli rəftar və mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər.

AİHM-in araşdırdığı işlərdən biri son zamanlaradək Müsavat Partiyasının rəhbərlərində olmuş Yadigar Sadıqovun şikayətidir.2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum edilmiş siyasətçinin vəkilləri onun məhkəmə zalında metal qəfəsdə saxlanılmasınımübahisələndirir. AİHM-in məlumatına görə, vəkillər bunu ləyaqəti alçaldan rəftar (Avropa Konvensiyasının 3-cü maddəsi) hesab edir.

Yadigar Sadıqov 2013-cü ilin iyununda həbs olunub, 2014-cü ilin əvvəlində Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Xuliqanlıqda təqsirli bilinən Y.Sadıqovu daha sonra prezident əfv edib.

AİHM-in araşdırdığı digər iş Bakı sakini Elnur Qədirovun şikayətidir. O, şikayətində ölkə məhkəməsinin onun Avropa Konvensiyasının 6-cı maddəsi ilə (Ədalətli məhkəmə araşdırması hüququ) təminat altına alınan hüquqlarını pozduğunu iddia edir. Həmin şikayətin detalları haqda bilgi verilmir.

Başqa bir Azərbaycan vətəndaşı Tahir Kazımov isə şikaytində iddia edir ki, yerli məhkəmələr onun mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnu pozub. Həmin şikayətin də detalları açıqlanmır.

AİHM-in həmçinin Ermənistanla müharibə kontekstində öz yaşayış yerlərini itirmiş 22 məcburi köçkünün şikayətini araşdırmağa başlayıb. Şikayətçilər Ramiz Məmmədov, Fuad Abdulov, Səməd Abdulov, İbrahim Əliyev, Fatma Əliyeva, Bayram Əzizov, Kifayat Əzizova, Xəliq Baxışov, Allahverdi Dolxanov, Giyas Quliyev, Zaur Quliyev, Rahilə Hadiyeva, Ənvər Həsənov, Elşad Hümbətov, Kamil Hüseynov, Talış Hüseynov, Knyaz Mahmudov, Əhliyyət Məmmədov, Elnur Məmmədov, Şakir Muradov, Əmir Namazəliyev və Vüqar Namazəliyevdir.

Məcburi köçkünlər şikayətlərində bildirir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən yaşayış yerləri işğal edildikdən sonra Bakıya köçmək, "gecəqondu" evlərdə yerləşmək zorunda qalıblar. Həmin evlər isə 2000-ci illərin ortalarında Bakı Metropoliteni üçün stansiya tikintisi əsası ilə sökülüb. Hökumət məcburi köçkünlər istisna olmaqla, söküntü işləri aparılmış ərazidən köçürülənlərin hamısına təzminat ödəyib.

Məcburi köçkünlər iddia edir ki, təzminat almamaları onların Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində (Mülkiyyət hüququ) və Konvensiyasının 14-cü maddəsində (Ayrıseçkilik) nəzərdə tutulan hüquqlarını pozub.

Bütün şikayətlərdə AİHM-dən xahiş edilir ki, pozuntuları tanısın və Azərbaycan hökumətinin üzərində dəymiş maddi və mənəvi zərərin əvəzini ödəmək öhdəliyi qoysun.

AİHM bütün şikayətlərlə bağlı hökumətə aydınlaşdırıcı suallar göndərib. Hökumət sualları 3 ay müddətində cavablandırmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG