Accessibility links

Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovun işinə baxacaq


İlqar Məmmədovun işi üzrə yeni apellyasiya baxışı Şəki Apellyasiya Məhkəməsində avqustun 10-da saat 11-də başlayacaq. Bu barədə vəkil Fuad Ağayev Facebook səhifəsində yazıb.

REAL Partiyasının sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub və 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o hələ də azadlığa buraxılmayıb.

2017-ci ilin dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İlqar Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı 2017-ci ilin 16 noybarında çıxardığı ikinci qərar da hələ icra edilməyib. Qərar 2018-ci ilin martın 5-də qəti hüquqi qüvvəyə minib və icrası üçün 3 ay müəyyən edilib.

2018-ci il iyunun 30-da Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar Məmmədovla bağlı qərarının icrası məsələsinə baxıb. Plenum kassasiya və apellyasiya instansiyalarının qərarını ləğv edərək işi baxılması üçün ikinci dəfə Şəki Apellyasiya Məhkəməsinə qaytarıb.

Bundan öncə, 2016-cı ildə Ali Məhkəmə işi Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdı və həmin məhkəmə qərarını qüvvədə saxlamışdı.

XS
SM
MD
LG