Accessibility links

Apellyasiya məhkəməsi jurnalistin şikayətini təmin etməyib


Sumqayıt Apellyasiya Məhkəməsi hakim Nazim Mövsümovun sədrliyi ilə “Yüksəliş naminə” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Elçin Məmmədin şikayətini təmin etməyib. Məhkəmə iyulun 4-də keçirilsə də məhkəmənin qərarı iyulun 27-də baş redaktora təqdim edilib. Bu barədə Elçin Məmməd Amerikanın Səsinə bildirib.

Sumqayıt şəhər Prokurorluğu 2017-ci ilin noyabrında baş redaktora xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, “Yüksəliş naminə” qəzetində (xəbər portalında) və sosial şəbəkələrdə dərc edilən yazılar respublikada iqtisadi sahədə həyata keçirilən islahatların və tədbirlərin üzərinə kölgə salıb və ictimai rəyi çaşdırmaq məqsədi daşıyıb.

Baş redaktor prokurorluğun xəbərdarlığı ilə bağlı yerli məhkəməyə müraciət edib. Yerli məhkəmə Elçin Məmmədin müraciətini təmin etməyib. Baş redaktor yerli məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Elçin Məmməd hesab edir ki, prokurorun rəsmi xəbərdarlığı onların informasiya əldə etmək, məlumat yaymaq hüququnu pozur. Həmçinin gələcəkdə ona və əməkdaşlarına qarşı həbs təhlükəsi yaradır.

“Çünki prokuror xəbərdarlıqda göstərib ki, belə hallar təkrarlanarsa, barəsində daha ciddi tədbirlər görüləcək. Yəni baş redaktor məhz rəhbərlik etdiyi qəzetdə (xəbər portalında) tənqidi yazılar yazıldığı üçün xəbərdarlıq alıb. Belə çıxır ki, biz respublikada keçirilən islahatlar və tədbirləri, ölkənin siyasi durumunu tərifləməliyik, əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyik. Hesab edirəm ki, prokurorun bu hərəkəti bizə qarşı baş vermiş təzyiqlərdən biridir və bu xəbərdarlıq bizi öz rəyimizi məcburi dəyişdirmək niyyəti güdür”, o qeyd edib.

Elçin Məmməd Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG