Accessibility links

AXCP fəalının cinayət işi üzrə hazırlıq iclası olub


Orxan Baxışlı
Orxan Baxışlı

Avqustun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin üzvü Orxan Baxışlının cinayət işi üzrə hazırlıq iclası olub.

Məhkəmə baxışı avqustun 24-nə təyin olunub.

Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Orxan Baxışlı mayın 6-da saxlanılıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. Gənc fəal ittihamı rədd etmir, narkotikin cibinə atıldığını deyir.

AXCP bildirir ki, Orxan Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal Elmar Hüseynovun bu hakimiyyət tərəfindən qətlə yetirildiyini bildirib.

Bu gün məhkəmə binasın qarşısına AXCP sədri Əli Kərimli və AXCP-nin çoxsaylı fəalları toplaşıb. Buna baxmayaraq, Orxan Baxışlının valideynləri də daxil olmaqla məhkəmə zalına heç kim buraxılmayıb. Məhkəmə iclas zalına çıxışı olan qapı qıfıllanıb. AXCP fəalları dəfələrlə cəhd etsə də onların məhkəmədə iştirakına imkan verilməyib.

Vəkil Elçin Sadıqov məhkəmə iclasının açıq olduğunu və iclas zalında məhkəmə heyəti, vəkil və ittiham olunandan başqa şəxslərin olnmadığını bildirib.

Elçin Sadıqov Orxan Baxışlıya qarşı qaldırılmış cinatət işinin xitam edilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı imkan tədbirinə dəyişdirilməsi barədə qaldırdığı vəsatətlər təmin edilməyib. Vəkilin sözlərinə görə, Baxışlının işində hal şahidi kimi adı keçən şəxslərin özləri narkotikə görə məhkum olunanlardır. Həmin şəxslər başqa cinayət işlərində də hal şahidi kimi iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG