Accessibility links

Səbael rayon icra hakimiyyəti başçısının oğlu azad edilib


Məhkəmə
Məhkəmə

İyunun 29-da Apellyasiya Məhkəməsi hakim Vaqif Mursaqulovun sədrliyi ilə Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin azadlıqdan məhrumetmə cəzasının müddətini 5,5 ildən 3 ilə qədər azaldıb. Eyni zamanda qətimkan tədbiri dəyişdirilərək, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib. Beləliklə, İlham Əsgərli azadlığa çıxıb.

Xatırladaq ki, 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi yol nəqliyyat hadisəsində “Mc Donald's”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin həlak olması ilə bağlı iş üzrə hökm çıxarıb.

Məhkəmə bu qəzada İlham Əsgərlini və Əhliman Süleymanovu təqsirli bilib, onları 5,5 və 6 il müddətinə azadlıqdan məhrum edib. Hər ikisi məhkəmə zalında həbs edilib.

Sənan Mirzəyev 2014-cü il sentyabrın 28-da avtomobil qəzasında həlak olub. Yol nəqliyyat hadisəsi Zığ-Aeroport yolunda baş verib, İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500” Əhliman Süleymanovun idarə etdiyi “Howo” yük maşınını vurub.

Həmin vaxt Sənan Mirzəyev və Pərvin Fətullayev (maşını idarə etməyi İlhama həvalə etmiş sürücü) “Mercedes”də olub.

Sənan Mirzəyev xəstəxanada bir müddət sonra vəfat edib, Fətullayev və Əsgərli isə yaralanıblar və müalicədən sonra ev dustaqlığına alınıblar.

Şahidlərin ifadələrindən görünürdü ki, “Mercedes” 180-200 km/saat sürəti ilə gedirmiş və yük maşınını ötməyə çalışarkən onu vurub.

Həlak olan şəxsin atası Maqsud Mirzəyevin iddiasına görə, rayon icra başçısı öz oğlunu xilas etməklə məşğul olub, Sənana kömək etmək üçün heç bir addım atmayıb. Maqsud Mirzəyev özü yol nəqliyyat hadisəsi baş verdiyi gün xaricdə səfərdə olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG