Accessibility links

Mehman Hüseynov apellyasiya şikayəti verəcək


Mehman Hüseynov
Mehman Hüseynov

Bloger Mehman Hüseynovun oğurlanması və onunla amansız rəftar Azərbaycan hökumətinin ifadə azadlığına dözümünün sıfıra bərabər olduğunun daha bir sübutudur. Bu barədə 2016-cı ilin dekabrında Mehman Hüseynovun idarə heyətinin sədri seçildiyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bəyanatında deyilir.

İRFS logo
İRFS logo

"Biz Mehmana qarşı bu zorakılıq aktını qətiyyətlə pisləyirik", deyə RATİ-nin baş direktoru Emin Hüseynov bildirib.

“Şübhəsiz, bu akt Azərbaycanın yüksək vəzifəli şəxsləri tərəfindən sifariş olunub”, o əlavə edib.

Azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Mehman Hüseynov yanvarın 9-da Bakının mərkəzində tutulub və zorla maşına mindirilib.

Polis Hüseynovu 19 saat həbsdə saxlayıb, vəkili və ya ailə üzvləri ilə əlaqə saxlamağa imkan verməyib. Bütün bu müddət ərzində o, işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. Nəsimi rayon Məhkəməsində o, huşunu itirib və yıxılıb. Təcili yardım həkimləri ona iki iynə vurub, daha sonra polis onun bu vəziyyətindən istifadə edib və hansısa kağızları imzalamağa məcbur edib.

Elçin Sadıqov
Elçin Sadıqov

Vəkil Elçin Sadıqovun sözlərinə görə, Mehman Hüseynovun bədənində travma izləri var.

RATİ amansız döyülmənin jurnalistin səhhəti üçün ciddi nəticələrə gətirib çıxara biləcəyindən ehtiyatlanır və Mehmana müalicə üçün xaricə getməyə icazə verilməsini tələb edir.

Ötən həftə Mehman Hüseynov AŞPA-nı korrupsiya və Avropalı deputatların rüşvətlə öz tərəflərinə çəkilməsinə görə Azərbaycan nümayəndə heyətini səs hüququndan məhrum etməyə çağıran vətəndaş cəmiyyəti fəalları arasında olub.

"Şübhəsiz, Mehmanın fəaliyyəti İlham Əliyevi onu cəzalandırmağa vadar edib", deyə bəyanatda bildirilir.

Daxili İşlər Nazirliyi Mehman Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı deyilənləri təkzib edib və blogerin polis orqanlarında hər hansı işgəncəyə məruz qalmadığını bildirib.

Mehman Hüseynov
Mehman Hüseynov

Vəkil Elçin Sadıqov deyib ki, Daxili İşlər Nazirliyinin bəyanatı həqiqəti əks etdirmir.

“Dünən Mehman Hüseynovun bədənindəki xəsarətlərə, paltarındakı zədələr və qan izlərinə tərəfimdən baxış keçirilib. Həmin baxış zamanı çəkilmiş fotoşəkilləri əlavə edirəm. Bədənində olan bəzi xəsarət yerlərinin şəkillərini etika naminə hələ yaymıram”, vəkil qeyd edib.

Onun dediyinə görə, Mehman Hüseynovla bağlı Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Mehman Hüseynov
Mehman Hüseynov

“Məhkəmənin işgəncə ilə bağlı prokurorluğun araşdıma aparması barədəqərar qəbul etməsinə baxmayaraq, müdafiə tərəfi prokurorluğun işgəncə faktını araşdırması ilə bağlı ayrıca müraciət edəcək”, Sadıqov qeyd edib.

Öz növbəsində, Mehman Hüseynov da Amerikanın Səsinə apelyyasiya şikayəti verəcəyini təsdiqləyib.

XS
SM
MD
LG