Accessibility links

Mehman Əliyev: Namizəd ola bilərəm... [Video-Müsahibə]


Mehman Əliyev: Namizəd ola bilərəm...
please wait

No media source currently available

0:00 0:06:58 0:00
Direct link

Mehman Əliyev: Namizəd ola bilərəm...

O Amerikanın Səsinə müsahibəsində Mili Şuranın son sessiyasındakı gərgin müzakirələrdən danışıb

Milli Şuranın ictimaiyyətlə əlaqələr komissiyasının rəhbəri Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində Milli Şuranın avqustun 19-da keçirilən sessiyasındakı fikir ayrılıqları, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa seçkilərin boykotu, siyasi liderlərin vahid namizədliyi ətrafında kəskin müzakirələr, ehtiyat vahid namizəd, Rüstəm İbrahimbəyovun sessiyada telefon çıxışında nələrdən danışması, Müsavat başqanının mövqeyi və özünün ehtiyat vahid namizədliyi ilə bağlı ehtimallardan danışıb.

Müsahibədən seçmələr:

Mən hələ Milli Şuranın ehtiyat vahid namizədi olmağımla bağlı qərar qəbul etməmişəm.
- Mən hələ Milli Şuranın ehtiyat vahid namizədi olmağımla bağlı qərar qəbul etməmişəm. Milli Şura tərəfindən də hələ belə təklif olmayıb. Amma, ayrı-ayrılıqda bu təkliflər səslənib.

- Milli Şura tərəfindən ehtiyat vahid namizəd irəli sürülməyimlə bağlı təklif olsa baxıla bilər. Müzakirə də eləmək olar.

- Dünən Milli Şuranın sessiyasında çıxışımda bildirdim ki, mən həmişə vahid namizəd ideyasına qarşı çıxmışam. Mən həmişə azad və ədalətli seçkilər uğrunda vahid hərəkatın dəstəklənməsinə tərəf olmuşam. Dekabr ayında müzakirələrdə də bunu bildirmişdim. Təəssüflər olsun ki, mənim proqnozum bu dəfə də təsdiqlənir. Həqiqətən də bu gün Milli Şura olaraq, koalisiya olaraq vahid namizədlə bağlı problemlə üzləşmişik.

Həqiqətən də bu gün Milli Şura olaraq, koalisiya olaraq vahid namizədlə bağlı problemlə üzləşmişik.
- Ehtiyat vahid namizəd məsələsinə gəlincə İsa Qəmbər dedi ki, vaxt çox az qalıb. Son sessiyada o demişdi ki, avqustun 19-dək fasilə götürür. Namizədliyini təsdiq üçün Mərkəzi Seçki Komissiyasına təqdim etməyəcək. Dünən isə İsa Qəmbər dedi ki, avqustun 19-u oldu ancaq Rüstəm İbrahimbəyovun namizədlik məsələsi həll olunmayıb. Vaxt çox az qalır. Ona görə də o hesab edir ki, seçkilərə qatıla bilər. Yəni İsa Qəmbərin mövqeyi belədir ki, vaxt çox azdır. Amma, bu Milli Şurada bir sıra partiyalar tərəfindən müsbət qarşılanmayıb. İsrar edirlər ki, İbrahimbəyovun namizədliyi üzərində dayanmaq lazımdır. Hətta bildirdilər ki, məsələ bu gün sabah həll oluna bilər. Uzun müzakirələrdən sonra, Müsavat Partiyası avqustun 29-dək yenə də fasilə götürmək barədə razılıq verdi və bu son müddətdir. Bunadək problem həll olunmasa İsa Qəmbər MSK-ya müraciət edəcək.

Müsavat Partiyası avqustun 29-dək yenə də fasilə götürmək barədə razılıq verdi və bu son müddətdir.
- İki mövqe var idi. Birinci mövqe o idi ki, İbrahimbəyov vahid namizəd olaraq qalır. Onun namizədliyi məsələsi həllini tapmasa seçkilərə qatılmırıq. Digər mövqe isə odur ki, Rüstəm İbrahimbəyovun namizədliyi məsələsi həllini tapmasa, hər bir partiya ayrılıqda seçkilərə getsin. Burada kompromis kimi razılıq oldu ki, vahid namizədin ehtiyat namizədi seçilsin və seçkilərə ehtiyat namizədlə birgə gedilsin. Ehtiyat namizəd qeyri-siyasi şəxs olmalıdır, ictimiyyətin nümayəndəsi olmalıdır.

- Mehman Əliyevin adı ehtiyat vahid namizəd kimi səsləndirilib. Amma demək olmaz kı, ehtiyat vahid namizəd kimi ancaq mənim namizədliyim gündəmdədir. İndi Milli Şura üzvlərinə vaxt verilib ki, namizədləri irəli sürsünlər. Gözləmək lazımdır ki, bir neçə namizəd irəli sürüləcək. Hansı seçim olacağını Milli Şuranın növbəti sessiyası göstərəcək.

Əlbəttə ictimai mənafe xatirinə Mehman Əliyev ehtiyat vahid namizəd ola bilər.
- Əlbəttə ictimai mənafe xatirinə Mehman Əliyev ehtiyat vahid namizəd ola bilər. Amma burada Milli Şuranın mövqeyindən də çox şey asılı olacaq. Milli Şura ilk öncə ardıcıl və dönməz mübarizə əzmini ortaya qoymalıdır.

- Rüstəm İbrahimbəyov iki il müddətinə müvəqqəti prezident ola bilər. Hamıya aydındır ki, müvəqqəti prezidentlə hər hansı uzun müddətli iş qurmaq olmaz.
XS
SM
MD
LG