Accessibility links

Hitlerin "Mein Kampf" kitabının satışı kəskin artıb


Adolf Hitlerin Mein Kampf (Mənim mübarizəm) kitabının satışı bir il öncə yenidən çıxan nəşrindən sonra kəskin şəkildə artıb. Bu barədə məlumatı kitabı dərc edən Almaniyanın nəşriyyat şirkəti açıqlayıb.

Hitler, Mein Kampf. A Critical Edition (Mühüm Nəşri) Nasizm üçün əsasları formalaşdıran Hitlerin idealogiyasına nəzər salır və onun yəhudilərə nifrətini izah edir. Bu ideologiya Holokosta gətirib çıxartmışdı.

Bu satış rəqəmləri bizi sürpriz şəkildə təəccübləndirdi. Heç kəs bu qədər satış gözləmirdi.
Andreas Virşinq

Yeni nəşr II Dünya Müharibəsindən sonra ilk yenidən çapdır və kitab üzərində 70 illik müəlliflik hüququndan sonra ilk dəfə ötən il yenidən dərc edilib. Burada izahat bölmələri və 3500-ə yaxın annotasiya daxil edilib və 85 mindən artıq nüsxəsi artıq satılıb.

"Bu satış rəqəmləri bizi sürpriz şəkildə təəccübləndirdi. Heç kəs bu qədər satış gözləmirdi." - deyə Andreas Virşinq Almaniyanın dpa xəbər agentliyinə bildirib. Virşinq kitabı dərc edən Mücərrəd Tarix İnsitutu nəşriyyatının rəhbəridir.

Hitler Mənim Mübarizəm kimi tərcümə edilən Mein Kampf kitabını 1924-1926-ci illərdə yazıb. Bu kitaba II Dünya Mübaribəsinin sonunda müttəfiqlər tərəfindən qadağa qoyulmuşdu.

1933-cü ildə o, kanselor olandan sonra kitab bestsellerə çevrilmişdi və 1945-ci ilədək kitabın 12 milyon nüsxəsi satılmışdı. Kitab o zamanadək 18 dilə tərcümə edilmişdi.

XS
SM
MD
LG